NATO nümayəndəsi: “NATO Gürcüstanın işğal altında olan bölgələrini əhatə etməyən üzvlüyünü müzakirə etmir”

2019/10/840_4-1571741918.jpg
Oxunub: 502     12:48     08 Noyabr 2019    
“NATO Gürcüstanın işğal altında olan Abxaziya və Tsxinvali bölgələrini əhatə etməyən kollektiv müdafiə haqqında 5-ci maddə ilə üzvlüyünü müzakirə etmir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu NATO-nun Gürcüstanla İş Ofisinin rəhbəri Rozaria Puqlisi bildirib.

NATO-nun sabiq rəhbəri Rasmussen isə Gürcüstan NATO-ya daxil olması üçün yenidən müzakirələrə başlamalı olduğunu vurğulayıb.

O, Gürcüstanın Müdafiə və Təhlükəsizlik Konfransından əvvəl qeyd edib ki, NATO Abxaziya və Tsxinvali bölgələrini ölkənin ayrılmaz hissəsi kimi görür.

“Gürcüstanın NATO-ya üzvlüyü haqqında danışanda ölkənin bütün ərazisi haqqında danışırıq”, - deyə Rasmussen bildirib.

Puqlisi qeyd edib ki, Gürcüstan suveren bir ölkədir və hansı yolla gedəcəyinə yalnız özü qərar verməlidir.

Qeyd edək ki, NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen sentyabrın əvvəlində bildirib ki, Gürcüstanın yalnız Tiflisin idarə etdiyi ərazini əhatə edən kollektiv müdafiə haqqında 5-ci maddəsi ilə ittifaqa daxil olub-olmaması barədə müzakirələrə başlamaq lazımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Gürcüstan  

NATO nümayəndəsi: “NATO Gürcüstanın işğal altında olan bölgələrini əhatə etməyən üzvlüyünü müzakirə etmir”

2019/10/840_4-1571741918.jpg
Oxunub: 505     12:48     08 Noyabr 2019    