Ermənistanın sabiq MTX rəisi növbəti vəzifəsindən də uzaqlaşdırılacaq?

2019/11/45645-1573126580.jpg
Oxunub: 382     13:08     08 Noyabr 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan hazırkı erməni hakimiyyətinin hədəfində qalmağa davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vanetsyana qarşı toplanmış ifadələr o qədər də təsirli deyil və hökumət ona qarşı cinayət işinin indi açılmasının nəticəsiz qala biləcəyndən qorxur.

Qeyd olunur ki, Paşinyan hökumətinin Vanetsyana qarşı mübarizə istiqaməti dəyişdirilib. İndi hakimiyyət Vanetsyanı Ermənistan Futbol Federasiyasının sədri vəzifəsindən də məhrum etməyə çalışır.

Təsadüfi deyil ki, Artur Vanetsyan dünən Ermənistan milli komandasının baş məşqçisinin adını açıqlayarkən Paşinyanın müşaviri Mesrop Arakelyan öz “Facebook” səhifəsində Vanetsyanın belə bir qərarı qəbul etməyə hüququnun olmadığını yazıb.

Ekspertlər qeyd edir ki, Paşinyanın müşavirinin bu açıqlaması Vanetsyana qarşı cinayət işinin açılmasını tətikləyə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX  

Ermənistanın sabiq MTX rəisi növbəti vəzifəsindən də uzaqlaşdırılacaq?

2019/11/45645-1573126580.jpg
Oxunub: 385     13:08     08 Noyabr 2019    