Ohanyan özünü və Paşinyanı “1 Mart” işindən kənar saxlayır

2019/11/567-1573114991.jpg
Oxunub: 421     14:01     08 Noyabr 2019    
Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyanın ötən gün məhkəmədə Robert Köçəryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətin müzakirəsi zamanı onun qeyri-bərabər vəziyyətdə olması barədə verdiyi bəyanat, şübhəsiz ki, tamamilə Köçəryanın müdafiə taktikasının məntiqi ilə bağlı deyildi. Köçəryanın taktikası baxımından hər şey aydındır və bundan əvvəl o, müxtəlif məqamlarda və müxtəlif tərəfdarları vasitəsi ilə “1 Mart” hadisələrində digər iki keçmiş prezidentin də məsuliyyətinin olduğunu söyləyib və Paşinyanın məsuliyyətindən bəhs edib.

İş ondadır ki, Ohanyanı Köçəryanın tərəfdarlarından biri və ya müdafiə komandası kimi qəbul etmək, o qədər də birmənalı deyil. Keçmiş nazir və sabiq prezident, şübhəsiz ki, hər ikisinin təqsirləndirilən statusuna sahib olduğu qalmaqallı tanınmış bir işdə ortaq məsələlərdə toqquşurlar. Bununla belə, Ohanyan keçmiş hakim sistemin ayrıca bir subyekti olaraq qalır. Bu açıqlamada Köçəryanın qeyri-bərabər vəziyyətdə olması barədə verdiyi bəyanat onu dəstəkləməklə yanaşı, başqa bir əhəmiyyətli siqnal da verir. Bu siqnal, ehtimal ki, Paşinyana yönəlib.

Ohanyan bildirir ki, bu üç prezidentin işi, münasibətlərindəki problem, aralarındakı mübarizə prosesidir. Beləliklə, o, bir tərəfdən özü ilə yanaşı, Paşinyanı da bu prosesdən kənar edir. Qeyd edək ki, Köçəryanın komandası və yaxınları Paşinyanın bu cinayətdəki məsuliyyətini tez-tez vurğulayırlar. Ohanyan,bir tərəfdən ikinci prezidentin tərəfdarıdır və ehtiyat tədbirini həbs qətimkan tədbirini dəyişdirmək barədə vəsatəti dəstəkləyir, digər tərəfdən Paşinyanın ona qarşı ədalətsizliyinə işarə edir.

Belə deyək, onun özü də hər üç prezidentlə bərabər onların arasındakı çəkişmələrə görə təqsirləndirilən şəxs statusuna düşdüyünə görə bu vəziyyəti ədalətsizlik hesab edir. Ohanyan bununla keçmiş hakimiyyət üzvlərinin hər üç prezidentə görə cavab verməyə məhkum olduqları, yaxud məsuliyyət daşıma riski altına düşmələri ilə bağlı tam bir narahatlığı və ədalətsizliyi ifadə etmiş olur.

Bu mənada Ermənistanın sabiq Müdafiə nazirinin sözləri praktik olaraq keçmiş hakimiyyət sistemində olduqca incə bir psixoloji təbəqəni əks etdirir.

Paşinyan hər hansı bir şəkildə buna cavab verəcəkmi? Söhbət, əlbəttə ki, formal rəsmi reaksiyadan yox, siyasi davranışdan gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ohanyan   Paşinyan  

Ohanyan özünü və Paşinyanı “1 Mart” işindən kənar saxlayır

2019/11/567-1573114991.jpg
Oxunub: 424     14:01     08 Noyabr 2019    