ABŞ-ın Ermənistandakı səfiri İrəvanın təxribatla bağlı iddialarına cavab verib

2019/11/D6748-1573036669.jpg
Oxunub: 432     13:55     06 Noyabr 2019    
“ATƏT-in Misk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin ədalətli və dinc həll məsələsində tərəflərə yardım etmək üçün möhkəm öhdəliyinə sadiq qalmağa davam edir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistanın “Joğovurd” gündəlik qəzetinin bir neçə gün bundan öncə Tavuş vilayətində guya Azərbaycan tərəfinin təxribat həyata keçirməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib.

O qeyd edib ki, səfirlik Minsk qrupu həmsədrlərinin tərəfləri atəşkəsi ciddi şəkildə qorumağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağıran bəyanatları ilə tam razıdır.

“Bu münaqişənin hərbi həlli yoxdur. Sülh və nizamlanma ətrafında danışıqlarda irəliləyiş qeydə alınması üçün faydalı olan mühiti təmin etmək məqsədilə təmkinin nümayiş etdirilməsi olduqca vacibdir”, - deyə səfir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Qarabağ  

ABŞ-ın Ermənistandakı səfiri İrəvanın təxribatla bağlı iddialarına cavab verib

2019/11/D6748-1573036669.jpg
Oxunub: 433     13:55     06 Noyabr 2019    