Cənubi Qafqazda ən etibarlı müdafiə qalxanı - "Dəmir Günbəz" (HƏRBİ EKSPERT)

2019/11/5d52d-1573040357.jpg
Oxunub: 3954     15:54     08 Noyabr 2019    
Hər bir dövlətin, xüsusilə sərhədlərində real təhdidlərin mövcud olduğu ölkələrin ciddi ehtiyac duyduğu yerüstü raketdən müdafiə sistemləri bazarının illik dövriyyəsi artıq 15 milyard dollardan çoxdur. Sahə üzrə əsas paya ABŞ, Rusiya, Çin, Almaniya, Hindistan, Cənubi Koreya, İsrail, Kanada, Yaponiya və Türkiyə şirkətləri malikdir. "Lockheed Martin", MBDA, "Boeing Company", "BAE Systems", "Northrop Grumman", "Raytheon", "Orbital ATK", "Rafael Advanced Defense Company", ASELSAN və s. kimi şirkətlər bu bazarın əsas iştirakçılarıdır.

Bu yazıda Azərbaycan HHM qoşunlarının silahlanmasında mövcudluğu qeyri-rəsmi olaraq təsdiqlənən "Rafael Advanced Defense Systems" şirkətinin "Dəmir Günbəz" kompleksindən bəhs ediləcək.

Hava Hücumundan Müdafiə sistemləri cavabdehlik zonasına təhdid törədən pilotlu və pilotsuz hava vasitələrini, Raket Əleyhinə Müdafiə sistemi isə eyni təhdidləri törədən raketləri, mərmiləri və s. sursatları aşkarlamaq, izləmək, ələ keçirmək və zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bu gün bəhs ediləcək "Dəmir Günbəz" kompleksini həm HHM, həm də RƏM kompleksi adlandırmaq mümkündür. Səbəblərinə aydınlıq gətirmək üçün kompleks ilə tanış olmaq zəruridir. RƏM-in özü isə HHM sisteminin tərkib hissəsi hesab edilir. "Dəmir Günbəz" kompleksi bu gün İsrailin və onun istifadəçisi olan ölkələrin raket əleyhinə müdafiə qalxanının bir hissəsi kimi fəaliyyət göstərir.

İstehsalçı

Dünyanın əsas müdafiə sənaye şirkətlərindən olan "Rafael Advanced Defense Systems", İsrailin ən böyük dörd silah ixracatçısından biridir. 1948-ci ildə yaradılan kompaniyada 6000 nəfər personal çalışır. Şirkətin il ərzində satdığı müdafiə məhsullarının dəyəri 1 milyard dollardan artıqdır. Dünyanın 100 ən böyük silah istehsalçısı arasında "Rafael" satışdan əldə etdiyi mənfəət sıralamasında 49-cu yerdədir. Kompaniya əsasən raket və aviasiya texnologiyaları, hava hücumundan müdafiə sistemləri, taktiki raket silahları və s. kimi sahələrdə fəaliyyət göstərir.

Şikət "Dəmir Günbəz" taktiki raketdən müdafiə sistemindən başqa "hava-yer" tipli AGM-142 "Have Nap" və "hava-hava" tipli "Şafrir" raketlərinin, "Spike" tank əleyhinə raket sistemlərin, "Spyder" zenit raket kompleksinin, MATADOR tank əleyhinə qumbaraatanının, "Skylite" pilotsuz uçuş aparatlarının, "Protector USV" məsafədən idarə olunan qayıqlarının, ASPRO-A "Trophy" zirehli texnikanın aktiv mühafizə sisteminin, "Dəmir Şüa" lazer sisteminin və s. kimi məşhur məhsulların istehsalçısı kimi də tanınır.

Təyinatı

1990-cı illərdən davamlı olaraq Livanda yerləşən "Hizbullah" və Fələstin ərazisindəki HƏMAS təşkilatlarının İsrailin şimalında yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması ölkəni öz qısamənzilli hava hücumundan müdafiə sistemini yaratmağa sövq etdi.

2007-ci ilin fevralında İsrail hərbi rəhbərliyi ölkənin yeni hava hücumundan müdafiə sistemi kimi məhz "Dəmir Günbəz" kompleksini seçdi və həmin vaxtdan etibarən Silahlı Qüvvələrlə "Rafael Advanced Defense Systems" şirkətinin birgə fəaliyyəti nəticəsində yeni sistemin yaradılması işlərinə başlanıldı.

"Dəmir Günbəz" hava hücumundan müdafiə kompleksi "Rafael Advanced Müdafiə Sistemləri" və "İsrail Aerokosmik Sənayesi" şirkətləri tərəfindən hazırlanır. Kompleks 4 kilometrdən 70 kilometrə qədər məsafədə qısa mənzilli raketləri və artilleriya mərmilərini aşkarlamaq və ələ keçirmək üçün təyin edilib. "Dəmir Günbəz" kompleksinin aşkarlama məsafəsi 250 km-ə qədərdir.

Tərkibi

"Dəmir Günbəz" kompleksinin tərkibi üç əsas komponentdən ibarətdir:

EL/M-2084 aşkarlama və izləmə radiolokasiya stansiyası;
Döyüşü idarəetmə və komanda məntəqəsi;
"Tamir" raketlərinə malik atıcı qurğu.

Kompleksin EL/M-2084 radiolokasiya stansiyası (RLS) İsrailin "Elta Systems" şirkəti tərəfindən (IAİ-yə daxildir) istehsal olunur. Bu RLS raketin hədəf aldığı obyekti və onun uçuş trayektoriyasını müəyyənləşdirir.

"Rafael"in törəmə şirkəti "mPrest" (Emprest Maarahot) tərəfindən hazırlanan döyüşü idarəetmə məntəqəsi RLS vasitəsilə əldə olunan məlumatlar sayəsində hədəfin mühafizə edilən zona (obyekt) üçün təhdid yaradıb-yaratmadığını müəyyənləşdirir.

Atıcı qurğu "Rafael" şirkəti tərəfindən istehsal olunan, elektro-optik sensorlara və yüksək manevr qabiliyyətinə malik, "yer-hava" tipli "Tamir" raketləri ilə təchiz olunur. Təhdid aşkar olunduqdan sonra "Tamir" raketi ilə hədəf qorunan zonaya (obyektə) çatmadan havada məhv edilir.

"Dəmir Günbəz" kompleksi 20 ədəd "Tamir" raketindən hər biri eyni anda müxtəlif hədəflərə zərbə endirə bilər. "Dəmir Günbəz"in EL/M-2084 radiolokasiya stansiyası raket və ya artilleriya mərmisinin atılmasını aşkarlayır və onun trayektoriyasını izləyir. Hədəf haqqında məlumatlar emal üçün döyüşü idarəetmə məntəqəsinə ötürülür. Təhdid trayektoriyası qısa zamanda təhlil edilir və gözlənilən zərbə nöqtəsi qiymətləndirilir. Raketin gözlənilən trayektoriyası kritik təhdid yaratdığı halda, cəmi bir neçə saniyə ərzində atıcı qurğudan atəş açılması üçün əmr verilir və təhdidə qarşı raket buraxılır.

Raket trayektoriya yeniləmələrini döyüşü idarəetmə məntəqəsindən rabitə kanalı vasitəsi ilə əldə edir. Raket hədəfə istiqamətlənmək, ona yaxınlaşmaq və onu ələ keçirimək üçün özünün radiolokasiya stansiyasından istifadə edir.

Raketin döyüş başlığının neytral zona üzərində partladılması, qorunan əraziyə dəyə biləcək mümkün ziyanların miqyasını azaldır.

"Dəmir Günbəz" aviabazaların, hərbi hissələrin və birliklərin manevr edən bölmə və vasitələrini mühafizə etməklə bərabər sabit obyektləri, məsələn komanda məntəqələrini, artilleriyanın atəş mövqelərini, qoşunların cəmləşmə rayonlarını qoruya bilər. Təxminən 150 kvadrat kilometrlik ərazini 10 km yüksəklikdən buraxılan raketlərdən qorumaq üçün bir ədəd "Dəmir Günbəz" batareyası tələb olunur.

Üstün cəhətləri

"Dəmir Günbəz" həm düşmənin raket, artilleriya və minaatan mərmilərinə qarşı raket əleyhinə müdafiə sistemi, həm də təyyarə helikopter və PUA-lara qarşı yaxın mənzilli zenit raket kompleksi kimi fəaliyyət göstərir. Deməli bir mobil kompleks bazasında həm RƏM, həm ZRK imkanları birləşdirilib. Bu komplekslərin rəqibləri ilə müqayisədə əldə etdiyi əsas üstünlüklərdən biri də bundan ibarətdir.

"Dəmir Günbəz" kompleksinin fəaliyyətinə alçaq buludlar, yağış, toz fırtınaları və ya duman təsir göstərmir, istənilən hava şəraitində qısa mənzilli raketlərə və iri çaplı artilleriya mərmilərinə qarşı effektiv və innovativ bir seçimdir. Raketdə bir neçə saniyə ərzində istənilən hava hədəfini məhv edən xüsusi döyüş başlığına malik unikal ələkeçirici sistemdən istifadə edilir. "Dəmir Günbəz" gündüz və gecə, müxtəlif hava şəraitlərində bir neçə təhlükəni eyni vaxtda və effektiv şəkildə aradan qaldıramaq imkanına malik səmərəli bir sistemdir. "Dəmir Günbəz" hazırda münasib qiymətə geniş təhdidlərdən qorunmaq üçün ən uyğun və müasir komplekslərdən biridir.

Döyüş tətbiqi

Çox sayda təhdidləri ələ keçirməyə və aradan qaldırmağa qadir olan "Dəmir Günbəz" kompleksi 2011-ci ilin martın 27-dən Beersheba yaxınlığında döyüş növbətçiliyinə cəlb edilib. Bundan cəmi 10 gün sonra kompleks Qəzzadan ilk dəfə atılan 8 ədəd BM-21 "Qrad" raketinin hamısını uğurla ələ keçirməklə özünün real imkanlarını nümayiş etdirdi. 2014-cü ilin oktyabr ayının sonuna qədər bu komplekslərin raketləri 1200-dən çox hədəfi raketi ələ keçirdi.

İsrailə qarşı HƏMAS əsasən "Kassam" və İranın "Fəcr", "Hizbullah" isə Rusiya istehsalı BM-21 "Qrad" və ya "Katyuşa" raketlərindən istifadə edir. Son illərin statistikası bu təhdidlərlə mübarizədə İsrailin heç də ciddi çətinlik çəkdiyini demək olmaz. Lakin bəzən mətbuatda, xüsusilə rəqib ölkələrin tərəfini tutan media resurslarında heç də bu raketlərin hamısının məhv edilmədiyi barədə fikirlər kompleksin çatışmazlığı kimi təqdim edilir. Əslində isə RƏM kompleksi bütün hədəfləri izləməlidir, lakin onların hamısını ələ keçirmək və ya zərərsizləşdirmək məcburiyyətində deyil. Niyəsini qısaca izah edək.

Əvvəla unutmaq olmaz ki, "Dəmir Günbəz" komplekslərinin "Tamir" raketləri nə qədər uçuz olsa da, onların baza versiyası 40000 dollar dəyərə malikdir. Kompleksin ELM-2084 RLS-i düşmən tərəfindən atılan raketi aşkarladıqdan sonra onun izlənilməsinə başlayır. Sürət və istiqamət göstəriciləri hədəfin hansı bölgəyə zərbə endirə biləcəyini proqnozlaşdırmağa imkan verir. Bu proses döyüşü idarəetmə mərntəqəsinə kompleksdən atəş açıb-açmamaq barədə qərar qəbul etməyə yardımçı olur. Bir çox hallarda qeyri-dəqiq idarəolunmayan raketlər qorunan obyektlərə, yaşayış məntəqələrinə və ya infrastuktura ziyan vurmayacaq trayektoriya üzrə uçur, bu zaman kompleksin onu yalnız izləmə rejimində müşayiət etməsi haqda qərar qəbul edilir, yəni 1000 dollara qədər dəyəri olan düşmənin boş əraziyə enəcək idarəolunmayan sursatına qarşı 40 dəfə daha bahalı raket buraxılmır. Başqa sözlə, İsrailin HHM qoşunları təhdid törətməyən hədəfə qarşı raket buraxmaqdansa, təyin olunan cavabdehlik zonasının havadan təhlükəsizliyinə tam nəzarət etməyi, yalnız təhdid təşkil edən hədəfləri məhv etməyi üstün tutur.

Taktiki-Texniki Xüsusiyyətləri

Qısa mənzilli hava hücumundan müdafiə kompleksinin layihə çalışmalarına 2005-ci ildə başlanıb. "Dəmir Günbəz"in inkişafı 2008-ci ilin yanvar ayında başladı və demək olar ki, iki il yarım ərzində tamamlandı. 2011-ci ildən istifadə edilən kompleksin standart versiyada bir batareyası üçün 50 milyon dollar, "Tamir" raketinin dəyəri isə 40000 dollardır. Partlayıcının aktivləşdirilməsi birbaşa təmas olmadan həyata keçirilir. Sonuncu versiya hesab edilən Block 2 modifikasiyasının tuşlama sistemi aktiv radiolokasiyaya əsaslanır. Hədəfin aşkar edilməsindən raketinin buraxılmasına qədər olan müddət 3-5 saniyədir.

Atəş məsafəsi 4-70 km;
Raketin kütləsi 90 kq;
Çapı 160 mm;
Raketin uzunluğu 3 m;
Atıcı qurğuda raketlərin sayı 20 ədəd;
Aşkarlama məsafəsi 250 km;
Ələ keçirilmə yüksəkliyi 10 km.

İstifadəçiləri

İsrail istehsalı olan silah sistemləri artıq bir çox məşhur müasir texnologiya ixrac edən ölkələr tərəfindən silahlanmaya qəul edilir. Bu kontekstdə "Dəmir Günbəz" kompleksləri də istisna deyil. Onların Azərbaycana 2016-cı ildən sonra gətirildiyi qeyri-rəsmi mənbələr tərəfindən təsdiqlənir, lakin onların tərkibi, sayı, platforması, yerləşdirilməsi, döyüş növbətçiliyinə cəlb edilməsi və sınaqları barədə məlumatlar mövcud deyil.

İsrail sərhədlərinin təhlukəsizliyi ilə bərabər bu komplekslərdən İraq və Əfqanıstanda yerləşən NATO qüvvələrinin hava hücumlarından qorunmasında da istifadə edilir.

Cənubi Koreyanın Silahlı Qüvvələrinin Baş Qərargahı, Şimali Koreyanın sərhəd bölgəsinə yüzlərlə 170 və 240 mm-lik artilleriya qüvvələri yerləşdirərək birbaşa ölkə paytaxtını təhdid etməsinə qarşı "Dəmir Günbəz" raketdən müdafiə sisteminin effektiv ola biləcəyinə qərar verib. Bəzi mənbələr 2013-cü ildən etibarən Cənubi Koreya hərbi rəhbərliyinin bu təhdidə qarşı nəzərdən keçirdiyi müxtəlif raketdən müdafiə sistemləri arasında İsrailin "Dəmir Günbəz" kompleksinə üstünlük verildiyini, 2018-ci ildə isə bu sistemlərin artıq döyüş növbətçiliyinə çıxarıldığını bildirir.

2018-ci ilin sentyabrında isə Səudiyyə Ərəbistanının hökumət mənbələri İsraildən "Dəmir Günbəz" raketdən müdafiə sistemlərinin əldə ediləcəyini bildirdi. Tərəflər arasında əldə edilən razılığın ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda baş tutduğu ehtimal edilir. Səudiyyə Ərəbistanı bu komplekslər vasitəsilə İran və Yəmən tərəfindən törədilə biləcək təhdidləri neytrallaşdırmağa çalışır.

Kanadanın isə "Dəmir Günbəz"in yalnız radiolokasiya stansiyasını əldə etdiyi dəqiqdir, lakin kompleksin özünün dəst halında alınması barədə məlumat mövcud deyil.

İki Asiya ölkəsinin İsrailin "Dəmir Günbəz" sisteminə maraq göstərdiyi məlumdur. Bunlardan biri böyük ehtimalla Hindistan Müdafiə Nazirliyi, digəri isə Sinqapurdur. Sinqapur bu məsələlərə adətən tam gizli hərbi əməkdaşlıq paktının bir hissəsi kimi yanaşır.

Hazırda bir neçə adı məlum olmayan Avropa İttifaqı ölkəsi ilə bərabər Ukrayna, Polşa, BƏƏ, Küveyt, Oman və Bəhreyn kimi ölkələr də bu komplekslərin əldə edilməsi üçün danışıqlar aparır. Sifarişin çoxluğu kompleksin radiolokasiya stansiyasının Çexiyada istehsalının təşkil olunmasına səbəb olub.

Bu komplekslərin keyfiyyəti ilə bağlı mənfi fikir səsləndirən Rusiyalı mütəxssislərin qərəzli rəyləri əslində anlaşılandır. Çünki bu komplekslərin istehsalı Rusiyanın HHM və RƏM sistemləri bazarında mövqelərini qismən zəiflədib, buna görə də səslənən bəyanatlar, zəifləmə tendensiyasının təhlükəli inkişafını önləmək məqsədilə atılan addım kimi dəyərləndirilməlidir. Bu tip materialların tirajlanmasına adətən Rusiya ərazisində dərc olunan KİV-lərdən başqa "National Interest" dərgisində də rast gəlinir. Bu tip məqalələrin yayımlanmasında əsl məqsəd, silah bazarında real rəqabət apara biləcək yeni kompleksin effektivliyini sifariş əsasında, dəlillərə söykənmədən şübhə altına almaqdan ibarətdir.

Qəzza zolağında HƏMAS-a qarşı davam edən əməliyyat zamanı "Dəmir Günbəz" kompleksinin doqquz gündə 1400-ə yaxın düşmən raketini məhv etməsi faktını görməzdən gələn rusiyalı ekspertlərin təriflədikləri rus HHM sistemlərinin nədənsə 8 illik Suriya müharibəsində rəqibin PUA-dan sürətli bir dənə də olsun hava hədəfini və ya raketini niyə məhv edə bilmədiklərinə, hətta onları niyə görə bilmədiklərinə aydınlıq gətirmək istəmirlər.

ABŞ ordusu da qısamənzilli havadan müdafiə sistemlərinin ən azı 4 batareyasını artıq əldə edib. Pentaqonun əldə etdiyi silah sistemlərinə qarşı irəli sürdüyü tələblərin və standartların nə qədər ciddi olduğunu da bilirik, o zaman bütün dünyaya müdafiə texnologiyası ixrac etməyinə baxmayaraq, İsraildən hazır kompleks əldə etməsi, ABŞ-ın bundan üstün bir vasitə tapa bilmədiyinə işarə edir.

Nəticə

Müdafiə sənayesində ümumi tendensiya, şirkətlərin HHM və ya RƏM sistemlərinə öz vəzifələrini yerinə yetirməkdə çətinlik yarada biləcək texnologiyadan, aşkarlanması daha çətin olan aviasiya vasitələrinin və qanadlı raketlərin yeni versiyalarının istifadəsinə yönəlib. Hücum edən tərəfin çox sayda raketlərlə eyni anda və fasiləsiz qorunan obyektlərə zərbə endirməsi, başqa sözlə yaylım atəşi ilə hava hücumundan müdafiə komplekslərinin döyüş yükünü artırması da intensiv müşahidə olunmaqdadır. Buna görə də hava döyüşündə rəqiblərin raketləri ilə mübarizə aparmaqla bərabər, bu raketlərin istehsal və ya təchizat kanallarının bağlanılması, onların yerləşdiyi anbarların məhv edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Çünki dünyada heç bir HHM və ya RƏM sistemi raket hücumundan 100 %-lik mühafizəni təmin edə bilməz. Lakin buna yaxın nəticə göstərən sistemlər mövcuddur və onlara olan tələbat getdikcə artır. Azərbaycan tərəfinin də "Dəmir Günbəz" komplekslərinə maraq göstərməsi, onun hava döyüşündə real imkanlarını nümayiş etdirməsi ilə sıx bağlıdır.

Təbii ki, Azərbaycanın İsraildən müasir texnologiyalı məhsullar əldə etməsi işğalçı ölkənin hərbi-siyasi dairələrində daha geniş rezonans yaradır. İlk dəfə "Dəmir Günbəz" kompleksinin Azərbaycan tərəfindən əldə edilməsinə münasibət bildirən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan Bakının Rusiya ilə müttəfiq olduğu üçün İsraildən HHM kompleksi, konkret halda "Dəmir Günbəz" sistemini ala bilməyəcəyini iddia etmişdi. İsrail raket komplekslərinin Bakıya satılması haqqında məlumatlar erməni hərbi dairələrində, həmçinin Artsrun Hovhannisyanın da iştirak etdiyi toplantılarda müzakirə edilirdi. Əgər bu kompleks Azərbaycana tədarük edilməyibsə, o zaman nəyin müzakirəsi keçirilirdi? Nə qədər paradoksal olsa da, artıq bu müzakirənin əsas predmetinin, "Dəmir Günbəz" kompleksinin Ermənistanın silahlanmasında mövcud olan (lakin indiyə qədər döyüş istifadəsi zamanı nəticə əldə etməyən) taktiki raket sistemlərinin səmərəliliyini şübhə altına almasından ibarət olduğu məlumdur. Azərbaycanın Rusiya ilə əməkdaşlığına baxmayaraq, silahlanmasında 5 milyard dollar dəyərində İsrail istehsalı HHM və digər silah sistemlərinin olduğunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın yaxşı bilməsinə baxmayaraq, bunu yenidən onun yadına salmaq yerinə düşərdi.

Azərbaycanın silahlanmasında bir çox İsrail istehsalı olan HHM və digər təyinatlı sistemlərin sonradan mütəmadi olaraq görüntülənməsi, onların sınaqlarının mətbuatda açıq müzakirə edilməsi, Ermənistan MN mətbuat katibi Artsrun Hovhannisyanın məlumatsız olduğu proseslərlə bağlı ictimaiyyəti yalnış yönləndirdiyini də ortaya çıxardı.

Ardınca Milli Məclisin deputatı, Azərbaycan-İsrail dostluq qrupunun rəhbəri Yevda Abramovun Bakının İsrail raket kompleksinə sahib olduğunu israrla təkrar etməsi, yəhudi əsilli hərbi ekspert Tsvi Ariyellinin də bu komplekslərin Azərbaycanda mövcudluğu faktını təsdiqləməsi, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın bu məsələyə bir daha münasibət bildirməməklə dərin sükuta qərq olması ilə nəticələndi.

İsrailin hərbi müdafiə sənayesində Azərbaycan üçün maraqlı ola biləcək yeniliklər daim mövcuddur. "Dəmir Günbəz" komplekslərinin Azərbaycan üçün aktuallığını artıran digər məqamlar da mövcuddur. Bu baxımdan şirkətin 2014-cü ilin oktyabr ayında Parisdəki "Euronaval" sərgisində kompleksin dəniz bazası üçün hazırladığı modifikasiyasını təqdim etməsi, Azərbaycanın hərbi dairələrinin diqqətindən yayına bilməz. Dəniz platformalı kompleksin gəminin özünə məxsus olan müşahidə radiolokasiya stansiyasından istifadə etməsi və xüsusi döyüşü idarəetmə sistemi tələb etməməsi, böyük olmayan ölçülərinin onları kiçik gəmilərdə, o cümlədən kiçik korvetelərdə və ya dənizdəki neft və qaz platformalarında quraşdırmağa imkan verməsi, ölkəmizin dəniz RƏM sistemlərinə qarşı irəli sürdüyü real tələblərinə uyğun gələn parametrlərə aid edilə bilən xüsusiyyətlərindəndir. Digər tərəfdən isə "Dəmir Günbəz" mobil batareyalarının dəniz kənarında yerləşdirilməsi və artıq bir neçə ildir aktiv istifadə edilən "Barak 8" zenit raket sistemi ilə inteqrasiyası mümkündür. Azərbaycanın DSX-nin Sahil Mühafizə gəmilərindən sonra HDQ-nin döyüş gəmiləri parkının modernləşdirilməsi proqramına hazırlaşması, gəmi inşasında İsrail şirkətləri ilə uzun illər davam edən əməkdaşlıq, daha əvvəl "Rafael" şirkətinin döyüş gəmilərimizdə "Spıke" NLOS idarəolunan raket komplekslərini quraşdırması, yaxın gələcəkdə "Dəmir Günbəz" kompleksinin Xəzər dənizinin akvatoriyasını havadan mühafizə edəcəyini söyləməyə əsas verir.

Mənbələr:

https://nationalinterest.org/blog/buzz/israels-iron-dome-missile-defense-really-impressive-79761
https://www.rafael.co.il/worlds/air-missile-defense/short-range-air-missile-defense/
https://mostlymissiledefense.com/2012/12/05/ballistic-missile-defense-iron-dome-description-december-5-2012/
https://www.armyrecognition.com/israel_israeli_military_missile_vehicles_systems_u/iron_dome_defense_system_against_short_range_artillery_rockets_technical_data_sheet_specifications.html
https://topwar.ru/155969-izrailskij-zheleznyj-kupol-snova-ne-srabotal.html
https://www.gazeta.ru/army/2019/08/13/12576049.shtml
https://military.pravda.ru/1415812-cupol/
https://en.wikipedia.org/wiki/Iron_Dome
https://youtu.be/l-hBP2Xrp9g
https://www.businessinsider.com/how-the-uss-new-iron-dome-missile-defense-system-works-2019-8#defense-news-reported-on-august-12-that-the-us-had-purchased-two-iron-dome-systems-although-its-unclear-how-much-the-department-of-defense-paid-for-them-or-where-or-how-they-will-be-deployed
https://ru.wikipedia.org/wiki/%D0%96%D0%B5%D0%BB%D0%B5%D0%B7%D0%BD%D1%8B%D0%B9_%D0%BA%D1%83%D0%BF%D0%BE%D0%BB

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-İsrail   Dəmir-Günbəz  

Cənubi Qafqazda ən etibarlı müdafiə qalxanı - "Dəmir Günbəz" (HƏRBİ EKSPERT)

2019/11/5d52d-1573040357.jpg
Oxunub: 3955     15:54     08 Noyabr 2019    