Erməni siyasi cəsədlərinin son çarəsi Qarabağ məsələsinin spekuliyasiyasıdır - Arpaçay və Babakərdə olduğu kimi...

2019/11/sarki-1573028653.jpg
Oxunub: 1388     15:40     07 Noyabr 2019    
Hazırda Qarabağ münaqişəsi çərçivəsində Ermənistanın istənilən ölkə rəhbərinin xalqı uçuruma aparması sıravi ermənilərin üzləşdiyi ən vacib məsələdir. Deyilənlərin məntiqini nəzərə alsaq problemin sülh yolu ilə həlli və müharibəyə alternativ olması əslində erməni siyasi və ictimai diskurslarının əsas mövzuları olmalıdır. Ancaq belə bir diskurs yoxdur, olmayıb və olmayacaq da. İlk baxışdan bu fikir ən azı qəribədir, həm də gülməli.

Əgər Qarabağ münaqişəsi ermənilər üçün ən vacib problemdirsə, onda necə ola bilər ki, onda diskurs azlığı yaransın. Axı siyasi qüvvələr ictimaiyyət və vətəndaş cəmiyyəti hər fürsətdə bunu müzakirə etməlidir. Bir çox erməni politoloq və ekspertlər müzakirələrin olmamasını ictimaiyyətin problemə həssas yanaşması ilə bağlı olduğunu iddia edə bilərlər.

“Xalqa həssas yanaşma həlledici səbəb ola bilməz. Çünki dünya tarixinin təcrübəsi sübut edir ki, hətta ən təhlükəli məsələlər də təbii müzakirə mövzusu ola bilər. Erməni xalqı da bu baxımdan istisna deyil, çünki biz bu planetdə yaşayırıq və bəzi məsələləri müzakirə edə bilərik. Yaxşı əgər həlledici və qəti səbəb cəmiyyətin həssas reaksiyası deyilsə, nəticədə rasional nitqə və müzakirəyə malik olan həqiqi səbəb nədir? Əlbəttə ki, tarixi mədəni siyasi baxımdan mədəniyyətə qədər bir çox səbəb var. Əslində səbəblərin kompleks təsiri ilə üz-üzə qalmışıq. Ancaq onu da bilməliyik ki, bütün bu problemlər eyni mürəkkəb təsir məntiqi ilə ikinci plana atıla bilər. Tarixi və mədəni siyasi və sivilizasiya səbəbləri populizm və demaqogiyanın manipulyativ zəncirinə qarışdıqda vacib olur və xüsusilə vurğulanır. Yəni bunlar, birincilər ikincinin törəməlidir və manipulyasiya hədəfinə çevrildikdə münaqişənin tarixi komponenti ziddiyət kimi qəbul edilir”, - deyə erməni analitik Karpis Paşoyan bildirib.

Əslində deyə bilərik ki, son 25 ildə Qarabağ münaqişəsi ilə bağlı rasional diskurs erməni ictimaiyyətində arxa plana keçib və yerinə millətçi demaqogiya və manipulyasiya səs-küyü gəlib.

Paşoyan bu gərgin vəziyyəti Paşinyanın üzərindən atmaqla, xüsusi səbəbkarları kimi Robert Koçaryan və Serj Sarkisyanın başçılıq etdiyi hakimiyyətləri görür.

“İkinci və üçüncü prezidentlər məhz Qarabağ münaqişəsi ilə hakimiyyətə gəliblər və təbiidir ki, sistemin davamlılığı eyni problem hesabına təmin edilib. Yəni bunların hər ikisi müharibənin məntiqi məhsuludur və həmişə siyasi varlıqlarını müharibə və ya onun təhdid ilə əsaslandırıblar. Digər missiya və varlığın mənası hər iki keçmiş rejim üçün əhəmiyyət daşımayıb. Təbii ki, bu vəziyyət cavabsız qala bilməzdi, çünki ideoloji müharibə rejimi bu ideoloji dalana daha çox dirənməli idi. Nəticədə müharibə təbliğatı, milliyətçi demaqogiya fiziki cəhətdən yox, hərbi vətənpərvərlik xəyalları siyasi diskursun əsas hədəflərinə çevrilib. Problem ondadır ki, Koçaryan və Sarkisyanın hakimiyyətdə qalmaqdan ötrü başqa çıxış yolu yox idi və məntiqi olaraq xalqı bu siyasi miflərlə qidalandırmaq məcburiyyətində idilər. Müxalifəti zərərsizləşdirmək və inqilabi ocaqları boğmağın başqa alternativ yolu yox idi. Yalnız bu şəkildə korrupsiya və soyğunçuluğa, zorakılığa və zülmə haqq qazandırıla bilərdi. Qarət etdikləri görünür, amma Qarabağ məsələsində barışmaz olduqlarını ortaya qoyurdular. Yeri gəlmişkən Serj Sarkisyan üçüncü müddətə hakimiyyətdə qalması macərasını da Qarabağ münaqişəsinin mövcudluğu ilə əsaslandırmağa çalışırdı. Sanki o, təhlükəsizliyin yeganə və müstəsna qarantıdır”, - deyə analitik qeyd edib.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra elə hesab edilirdi ki, siyasi və ictimai münasibətlərin bu pis yolu zərərsizləşdiriləcək və məhv ediləcək, lakin artıq gecdir. Həqiqətən gecdir, çünki 20 illik ardıcıl təbliğat pozulur. Gerçəklik və ideoloji hisslər bir-birilə əlaqəli adekvat deyil və qarşılıqlı müstəsna görünür. Gerçəklik və insan hisslərinin bir-birilə toqquşduğu barışmaz və yad dirəklərlə mübarizə etdiyi bir vəziyyət yaranıb.

“Məsələnin pozulması həqiqətən də çox ciddi problemdir. Hökumətin, eləcə də müxalifət xadimlərinin əsas vəzifəsi gerçəkliyi və onun yanlış anlayışlarını ən azı ideoloji cəhətdən uzaqlaşdırmaqdır. İnsan kütlələri Artaşes 1 və Tiqran 2 “reallıqları”nda yaşayır və yaranmış vəziyyətin mahiyyətini başa düşmürlər. Ancaq bu mövzuda məndə pessimist əhval ruhiyyə var və problemin həlli üçün ən azı 2-3 hökumətin dəyişməli olacağını, yəni ən azı 20-25 il keçəcəyini düşünürəm. Problem ondadır ki, Qarabağ münaqişəsinin ideoloji təsiri ilə mövcud olan hakimiyyətlər indi müxalifət cəbhəsindədirlər və yenidən müxalifət mövcudluğunu müharibə və Qarabağ üçün təhlükə kimi görünən şəkildə əsaslandırmağa çalışırlar. Başqa sözlə onlar Qarabağ təhlükəsinin olduğuna görə müxaliflətdədirlər. Ona görə ki, hökumət torpaq təslim edəndir”, - deyə Paşoyan bildirib.

Göründüyü kimi “Koçaryan qvardiyası” yenidən və daha çox münaqişənin manipulyasiya və millətçi demaqogiya mövzusuna çevirir, xalqı qətiyyətli diskursdan daha da uzaqlaşdırır.

Paşoyanın sözlərinə görə, əslində populizm və yarısavadlılıq, manipulyasiya və ön cəbhədə faktların təhrif olunması yolu ilə “torpaq verənlər” və “verməyənlər” arasında qarşıdurma yaradılıb.

“Bir daha təkrar edirəm ki, Qarabağın istismarı hesabına hakimiyyətə gələn və indiki mövcudluğun davamlılığını təmin edən rejim yenə də Qarabağın istismarı sayəsində müxalifət olmağın zəruriliyini əsaslandırır. Bu qapalı bir zəncir, son nöqtədir. Bunun nəticəsi siyasi və fəlsəfi düşüncənin qaçılmaz tıxanması və pozulmasıdır. İdarəedici qüvvənin rəhbərliyi altında tədricən və diqqətli addımlarla ictimai və siyasi mühit rasional diskurs və məntiq aləminə qayıtmalıdır. Rasional diskurs məntiqi müstəvisinə qayıtmalıdır. Ermənilər və erməni xalqı Qarabağ münaqişəsinin əsl mahiyyətini spekulyasiya və deformasiyalar olmadan başa düşməlidir, çünki bu onların həyati məsələsidir. Millətin taleyi ilə oynamağa haqqımız yoxdur. Arpaçay və Babakərdə olduğu kimi...”, - deyə o, digərlərindən heç də fərqlənməyən Paşinyan hakimiyyətinin spekulyasiyasını son iki cümlə ilə ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Erməni siyasi cəsədlərinin son çarəsi Qarabağ məsələsinin spekuliyasiyasıdır - Arpaçay və Babakərdə olduğu kimi...

2019/11/sarki-1573028653.jpg
Oxunub: 1389     15:40     07 Noyabr 2019    