Erməni hərbi ekspert sərhədçilərimiz barədə: “Əvvəl məsafə 3 kilometrə qədər idisə, indi 1 kilometrdir”

2019/08/1-1565717015.jpg
Oxunub: 1987     11:08     06 Noyabr 2019    
“Yeganə problem budur ki, gərginlik artır. Əgər əvvəllər bizimlə onlar arasındakı məsafə 3 kilometrə qədər idisə, indi 1 kilometrdir, yəni məsafə qısalıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Taron Hovhannisyan Azərbaycanın Babakər dağı istiqamətində irəliləməsi məsələsinə toxnunarkən bildirib.

Onun sözlərinə görə, həmçinin davam etdirilən mühəndis möhkəmləndirmə işləri də buna səbəbdir.

“Biz müntəzəm olaraq Tavuş sərhədinin bu sektorunda gərginlik müşahidə edirik. Yəni, bu hərəkətlər nəticəsində ortaya çıxan yeganə əsas problem bu sektorda gərginliyin artmasıdır. Bu da Azərbaycan Sərhəd Qoşunlarının yerləşdirilməsindən sonra başlayıb”, - deyə ekspert bildirib.

Qeyd edilən sektorun erməni yaşayış məntəqələrinin Berdavan və Zorakan kəndləri haqqında danışarkən Hovhannisyan qeyd edib ki, onlar Azərbaycan mövqelərindən 10 kilometrə qədər məsafədədir, 15 kilometrə qədər uzaqlıqda isə Baqrataşen kəndi ilə keçən Ermənistan-Gürcüstan magistral yolu yerləşir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   DSX  

Erməni hərbi ekspert sərhədçilərimiz barədə: “Əvvəl məsafə 3 kilometrə qədər idisə, indi 1 kilometrdir”

2019/08/1-1565717015.jpg
Oxunub: 1988     11:08     06 Noyabr 2019    