Türkiyə milli PUA sənayesinin anası - AKINCI (HƏRBİ EKSPERT)

2019/11/780x4-4718021664.jpg
Oxunub: 2253     11:54     05 Noyabr 2019    
1990-cı illərdə Türkiyənin pilotsuz vasitələr parkı əsasən müttəfiqlərindən əldə etdiyi, lakin heç də müasir olmayan, bir nəsil əvvəlki PUA modellərindən ibarət idi. 2000-ci illərdə ABŞ Konqresi tərəfindən "Predator" və "Reaper" zərbə PUA-larının Türkiyəyə satışına icazə verilməməsi, sonradan İsraillə münasibətlərin gərginləşməsi, Ankaranı milli pilotsuz vasitələrin inkişaf prosesini sürətləndirməyə vadar etdi. Türkiyənin pilotsuz aparatlar istehsalında sürətli paradiqma dəyişikliyininin yaratdığı əlverişli vəziyyətdən yararlanan "Baykar Makina" şirkəti öz imkanlarını PUA texnologiyasının araşdırılması və inkişaf etdirilməsi istiqamətinə yönəltdi.

"Baykar Makina" şirkəti 1984-cü ildə mexanika mühəndisi Özdemir Bayraktar tərfindən avtomobil sənayesinin lokalizasiyası üçün mühərrik, pompa və sürət qutuları kimi ehtiyat hissələri istehsal edən 100% yerli sərmayəli şirkət olaraq qurulub. Sonradan kifayət qədər uğurlu milli PUA layihələrinə imza atan "Baykar" şirkəti bu sahədə bir çox əsas və alt sistemlər istehsal edərək milli müdafiə sənayesinin texniki infrastrukturunun inkişafında mühüm rol oynamağa başladı. Qurulmasından keçən 35 il ərzində Türkiyənin müdafiə və aviasiya sahəsində yeni bir səhifə açan şirkət avtomobil sənayesində əldə etdiyi nailiyyətləri pilotsuz vasitələr sektoruna daşıyaraq artıq dünyanın PUA sahəsində tanınan istehsalçılarından birinə çevrildi. Cəmi 7 nəfərlə qurulan şirkətin bu gün çalışan personal sayı 500 nəfərdən çoxdur.

"Baykar" tərəfindən hazırlanan və inkişaf etdirilən ilk "Bayraktar" PUA-sı 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib. Bu aparat həm də ilk ixrac edilən Türkiyə PUA-sıdır. Şirkətin özü tərəfindən inkişaf etdirilən, layihələndirilən, istehsal və ixrac edilən məhsulları TSQ-yə təqdim edilməklə bərabər bir neçə ölkəyə də aktiv ixrac edilir.

Şirkətin daxili maliyyə imkanları ilə fəaliyyət göstərən araşdırma mərkəzi Türkiyə aviasiya və müdafiə sənayesi tarixində bir çox ilklərə imza ataraq məhsullarının yerlilik faizini 93-ə çatdırıb. "Baykar" hazırda pilotsuz vasitələr sahəsində dünyanın ən müasir texnoloji sistemlərini inkişaf etdirmək üçün səylərini davam etdirir.

Şirkətin istehsal etdiyi məhsullar arasında daha üstün taktiki texniki xüsusiyyətlərə malik "Akıncı" zərbə PUA-ları təxminən 40 gün əvvəl İstambulda keçirilən "Teknofest 2019" sərgisində ilk dəfə ictimaiyyətə təqdim edildi. Bu PUA-ların sınaqlarının Türkiyənin Suriya ilə sərhəddə keçirdiyi hərbi əməliyyatlar zonasında keçirilə biləcəyi ehtimal edilir. "Akıncı" 2020-ci ilin ilk rübünün sonuna qədər TSQ-nin silahlanmasına qəbul edilə bilər.

Təyinatı

"Akıncı" zərbə PUA-sı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulur. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür.

Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müdət) sinifinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir.

Bu aparatlarda Süni Zəkaya əsaslanan texnologiyadan istifadə edilir. Onun köməyi ilə aparat avtomatik qalxma və enməni reallaşdırır, uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını həyata keçirir.

Quruluşu

Quruluşuna görə "Uçan Balıq" da adlandırılan "Akıncı" PUA-ları aşağıdakı avadanlıqlara malikdir:

- Elektron dəstək modulu;
- AESA (AFAR) və SAR radiolokasiya stansiyası;
- REM kompleksi;
- EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsi;
- Peyk rabitə sistemi;
- Müxtəlif müşahidə, idarəetmə və nəzarət cihazları.

Xatırladım ki, sadalanan bütün bu alt sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə edilən AESA (AFAR) və müşahidə bloku ASELPOD yerli ASELSAN tərəfindən istehsal edilir.

AESA (AFAR) radarlarından F-16 qırıcılarının modernləşdirilməsində də istifadə edilir. Bu radarın dalğaları, müxtəlif tezliklərdə elektron qaydada saniyədə bir neçə min dəfə hədəflərə yönəldilir. Bu çevik imkan sayəsində AESA radarı eyni zamanda yüzlərlə hədəfi paralel izləyə bilir. Radarın bir xüsusiyyəti radar və elektromaqnit xəbərdarlıq qəbuledicilərinin bir mərkəzdə birləşməsidir. Bundan əlavə, "Akıncı" PUA-sının müxtəlif növ kilidlənən və idarəolunan sursatlarının istifadəsi bu radar tərəfindən dəstəklənir.

Sursatları

"Akıncı" PUA-sı geniş sursat nomenklaturasından, o cümlədən Türkiyə şirkətlərinin, əsasən də ROKETSAN-ın istehsal etdiyi digər məmulatlardan istifadə edir. Bu sursatlar arasında MAM-L, MAM-C, "Cirit", UMTAS, OMTAS, BOZOK, MK-81, MK-82, MK-83, HGK (Hassas Güdüm Kiti), KGK (Kanatlı Güdüm Kiti), Teber-82, "Gökdoğan", "Bozdoğan", SOM kimi lazerlə və ya aktiv/passiv tuşlama ilə idarəolunan raket və bombalara rast gəlmək mümkündür.

"Akıncı" PUA-larının faydalı yükdaşıma imkanları F-16 qırıcılarının bütün döyüş sursatlarından istifadəyə imkan verir. Hələlik dünyanın yalnız iki ölkəsində hazırlanan və F-35 qırıcıları üçün nəzərdə tutulan ROKETSAN şirkətinin SOM qanadlı raketlərinin də "Akıncı"ya inteqrasiyası mümkündür.

Taktiki-Texniki Xüsusiyyətləri

"Anka" və "Bayraktar TB-2" kimi uğurlu layihələrə imza atan "Baykar Makina" tərəfindən hazırlanan zərbə tipli "Akıncı" PUA-sının qanad açılımı 20 metr, uzunluğu 12.3 metr, hündürlüyü isə 4.1 metrdir. PUA-nın uçuş yüksəkliyi 12200 metr, havada qalma müddəti 24 saat, daşınan faydalı yükün kütləsi 1350 kq (900 xarici, 450 kq daxili asqılarda), uçuş kütləsi isə 4.5 tondur. Zərbə PUA-sı sınaq prosesində TUŞAS Motor Sənaye A.Ş. (TEI) tərəfindən hazırlanan, hər biri 222 at gücündə olan iki ədəd PD-222 turbodizel mühərriki ilə təchiz edilib.

Mühərrik sahəsində istehsalçı şirkət ilə dünyanın 120 ölkəsinə məhsul satan Ukraynanın "Motor Siç" şirkəti ilə yaxından əməkdaşlıq əlaqələri yaradılıb. Artıq 5 tona qədər aviasiya vasitələri üçün nəzərdə tutulan, 950- 1050 at gücünə malik MS-500V-S və 450 -630 at gücünə malik AI-450C turbopərli mühərrik ailələrinin bəzi versiyaları Türkiyə şirkətinə təhvil verilib.

Seriya istehsalında bu mühərriklərdən istifadə ediləcəyi gözlənilir.

Bağlantı şəbəkəsi: LOSSATCOM
Radarları: AESA və SAR;
Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Uçuş kütləsi 4500 kq;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat.

Nəticə

PKK və digər terror qruplaşmalarının fəaliyyətindən 30 ildən ən çox əziyyət çəkən bir ölkə kimi Türkiyənin dağlıq ərazilərdə şəxsi heyət və mülki əhali arasında itkilərə yol vermədən əməliyyatlar keçirməsi üçün nöqtə atışları həyata keçirə bilən fərqli PUA versiyalarına tələbatı təbiidir. Həm bu tip PUA-ların, həm də F-35 qırıcılarının əldə olunmasında yaradılan süni problemlər Türkiyəni yerli Müdafiə Sənaye Kompleksinin sürətlə inkişaf etdirməyə vadar etdi. Bu inkişafın nəticələri artıq özünü qabarıq şəkildə göstərməyə başlayıb. Demək olar ki, artıq hər gün Türkiyə Müdafiə Sənayesinin hansısa yeniliyə imza atması ilə bağlı məlumatlar dərc edilir. Nəticə etibarı ilə Ankara idxal qiymətlərindən 3-4 dəfə daha ucuz qiymətə, lakin texniki göstəricilərinə görə analoqlarından heç də geri qalmayan, bəzən isə sadəcə barmaqla sayılacaq ölkələrdə istehsal edilə bilən yerli silah sistemlərinə, o cümlədən zərbə tipli "Akıncı" PUA-larına və digər bir neçə fərqli aparatlara sahib ola bildi.

Deməli, nəticə etibarı ilə Türkiyənin qarşılaşdığı xoşagəlməz reallıqlar, xüsusilə 70 illik NATO müttəfiqlərindən ehtiyacı olan sistemlərin əldə edilməsində yaşadığı problemlər, əslində ölkənin müdafiə sənayesinin inkişafına təkan verdi. Bu inkişafın bir neçə əsas səbəbi mövcuddur.

Birincisi, Ankara hadisələrin müsbət sonluqla bitəcəyi ehtimal olunmayan konkret neqativ vəziyyəti öz xeyrinə dəyişməyi bacardı.

İkincisi, Türkiyə "əsas zərbə aviasiyası ABŞ istehsalıdır, deməli qırıcıların və helikopterlərin resurslarını qorumaq zəruridir. Yerli qırıcının istehsalı hələ çox çəkə bilər" labirintindən yerli helikopter istehsalına ciddi təkan verməklə çıxa bildi.

Üçüncüsü, paralel prioritet sahə kimi PUA və istifadə edilən idarəolunan sursatlar istiqaməti seçildi.

Dördüncüsü, zirehli və aviasiya vasitələri üçün aktual olan mühərrik problemi Ukrayna ilə qısa zamanda həll edildi. Əlavə olaraq birgə şirkətlərin yaradılmasına, Kiyevin istehsal etdiyi məhsulların siyahısına daxil olan PUA-ların Ukraynaya ixracına və s. nail olundu.

Beləliklə, zirehli texnika, sursat, kəşfiyat, rabitə, optik-elektron vasitə istehsalında özünü təmin edən Türkiyə istifadəsində olan qırıcı parkının kifayət qədər bahalı resurslarını qorumağa nail oldu. Digər tərəfdən isə zərbə PUA-larının tətbiqi, HHQ-nin pilotlu vasitələri üzərinə düşən döyüş yükünün azaldılmasına imkan verəcək. Digər tərəfdən isə bu PUA-lar qırıcılarla qarşılıqlı əlaqədə paralel hava əməliyyatlarında iştirak edərək TSQ-nin hava komponentinin zərbə gücünü artırmağa da imkan verəcək.

Nəticə etibarı ilə bütün bunlar böyüyən PUA bazarında Türkiyənin mövcud mövqelərinin qorumasında, inkişafında və sürətlə inkişaf edən texnoloji yeniliklərin tətbiqində həm iqtisadi, həm də hərbi-texniki prizmadan uğurlu addım kimi dəyərləndirilməlidir.

Ciddi PUA ailələrinin ixracatçısı olmaqla bərabər, 100 illik aviasiya istehsal tarixinə malik Ukraynanın kifayət qədər ciddi bir rəqiblə müharibə vəziyyətində "Akınçı"nın əvvəlki modellərinə ehtiyac duyması, onları əldə etməsi bu aparatların uğuru hesab edilməlidir. Hazırda bu sinif PUA-ların əvvəlki versiyaları Qətər və Ukrayna tərəfindən əldə edilib, Azərbaycan, Pakistan, İndoneziya, Filippin, Oman və Malayziya isə bu məhsullarla yaxından maraqlanır. Hesab edirəm ki, Türkiyənin "Akıncı" PUA ailəsinin yalnız alınması deyil, həm də Azərbaycanda istehsal sahəsi də yaradılmalıdır. İlkin mərhələdə heç olmasa ehtiyat hissələrinin istehsalı da yetərli hesab edilə bilər.

Azərbaycanın "Akınçı" PUA-larını əldə etməsi zərurətini yaradan səbəblər, məsələn qırıcı və hücum aviasiya vasitələrinin yaşlanması, onların döyüş yükünün azaldılması, sərhədyanı zonalarda mümkün təhdidlər, Ermənistanla bitməyən münaqişə faktorlarının əksəriyyəti Türkiyəyə də xas olan xüsusiyyətlərdir. Digər tərəfdən isə Azərbaycan Ordusunun silahlanması üçün əldə edilən ROKETSAN şirkətinin SOM qanadlı raketlərinin yaşlanan qırıcı aviasiya əvəzinə yeni "Akıncı"ya inteqrasiyası daha məqsədəuyğundur. Bu proses PUA-ya 180 km-ə qədər məsafədən, nəinki Ermənistan HHM qoşunlarının məhvetmə zonasına daxil olmadan, hətta ona yaxınlaşmadan 230 kq-lıq döyüş başlığı ilə hədəflərə nöqtə zərbələri endirməyə imkan verə bilər.

Digər tərəfdən isə Azərbaycan Müdafiə Sənaye Nazirliyinin müəssisələrində idarəolunan aviasiya bombalarının "Akıncı" ilə tətbiqi də mümkündür. Belə olan halda qırıcılar üçün təhlükəli hesab edilən vəzifələrin eyni silahlara malik PUA-larla, həm 24 saat ərzində havada fasiləsiz müşahidə aparmaqla, həm də tam təhlükəsiz məsafədən yerinə yetirilməsi Ordumuz üçün hərbi əməliyyatlar teatrında ciddi üstünlük qazandırardı. Həm "Akıncı" zərbə PUA-larının, həm SOM raketlərinin, həm də yerli aviasiya bombalarının Azərbaycan üçün tam əlçatan olması, aidiyyatı qurumlar tərəfindən bu təkliflərin dəyərləndirilməsini qaçılmaz edir.

Mənbələr:

https://qha.com.tr/haberler/gokyuzundeki-turk-markasi-akinci-iha-lari/87207/
http://www.hurriyet.com.tr/haberleri/akinci-iha
https://www.cnnturk.com/ekonomi/taarruz-ihasi-akinci-yakinda-goklerde
https://www.haberturk.com/yazarlar/guntay-simsek-1019/2520203-akinci-iha-tum-sistemleriyle-ucmaya-hazir
https://www.haberturk.com/akinci-taarruzi-iha-nin-ilk-ucus-tarihi-aciklandi-2523228-ekonomi

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Baykar   AKINCI   PUA   Türkiyə  

Türkiyə milli PUA sənayesinin anası - AKINCI (HƏRBİ EKSPERT)

2019/11/780x4-4718021664.jpg
Oxunub: 2254     11:54     05 Noyabr 2019    