Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü keçirilib - FOTO

2019/08/3c39e-1566062068.jpg
Oxunub: 1256     09:43     28 Oktyabr 2019    
NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ Müdafiə naziri Mark Esper ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşdə həmçinin sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: ABŞ   Azərbaycan   MN  

Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü keçirilib - FOTO

2019/08/3c39e-1566062068.jpg
Oxunub: 1257     09:43     28 Oktyabr 2019    