Hərbçilərin Dünya Oyunlarında MOİK iki gümüş medal qazandı

2019/10/694e8-1571921279.jpg
Oxunub: 1652     16:46     24 Oktyabr 2019    
Çin Xalq Respublikasında Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında MOİK idmançıları komandamızın aktivinə daha iki medal yazdırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Rafiq Hüseynov ilk görüşdə ukraynalı Aleksandr Şişman, dörddəbir finalda cənubi koreyalı Sanqyeok Park, yarımfinalda isə dörd il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu rusiyalı Yevgeni Saleyevdən üstün olub. Güləşçimiz finalda macar Viktor Lorintsə uduzaraq yarışı ikinci pillədə başa vurub.

Həsən Əliyev (77 kq) isə səkkizdəbir finalda ermənistanlı Varujan Qriqoryana, dörddəbir finalda ukraynalı Dmitri Pişkova qalib gəlib. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serbiyalı Viktor Nemeşə qalib gələrək finala yüksəlib. H.Əliyev gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə iranlı Peyman Poştama yarışı ikinci yerdə yekunlaşdırıb.

Beləliklə, Çin Xalq Respublikasında keçirilən yarışlarda Azərbaycan komandasının hesabında ikisi gümüş və üçü bürünc olmaqla 5 medal var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: MOİK  

Hərbçilərin Dünya Oyunlarında MOİK iki gümüş medal qazandı

2019/10/694e8-1571921279.jpg
Oxunub: 1653     16:46     24 Oktyabr 2019    