Müdafiə Nazirliyində yaradılan yeni şöbənin fəaliyyət istiqamətləri açıqlanıb

2019/08/1566139241.jpg
Oxunub: 1071     11:51     23 Oktyabr 2019    
Azərbaycan Müdafiə Nazirliyində yeni yaradılan Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin fəaliyyət istiqamətləri açıqlanıb.

Ordu.az "Azərbaycan Ordusu" qəzetinə istinadən xəbər verir ki, bu barədə şöbənin müdiri Zümrüd Səmədova danışıb.

Onun sözlərinə görə, şöbənin fəaliyyət dairəsinə Müdafiə Nazirliyinin Aparatı, qoşun növləri, qarnizon, birlik, birləşmə və hissələr, xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hissə və bölmələr, müəssisə və təşkilatlar daxildir.

Z.Səmədova bildirib ki, şöbə hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, ailə-məişət problemlərinin öyrənilməsi və yaranan çətinliklərin vaxtında həlli, xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş və sağlamlığını itirmiş hərbi qulluqçuların ailə üzvlərinə qayğı, gənc və çoxuşaqlı hərbi qulluqçu ailələrinə dəstək və digər məsələlərdə komandanlığa və rəhbərliyə kömək göstərir.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmr ilə yaradılan Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbə nazirliyin Şəxsi Heyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-Nazirliyi  

Müdafiə Nazirliyində yaradılan yeni şöbənin fəaliyyət istiqamətləri açıqlanıb

2019/08/1566139241.jpg
Oxunub: 1072     11:51     23 Oktyabr 2019    