Paşinyanın öz hakimiyyəti altına yerləşdirdiyi minalar - Ölən erməni hərbçilərin anaları niyə etiraz edirlər?

2019/10/23423-1571640753.jpg
Oxunub: 1739     16:26     21 Oktyabr 2019    
Ermənistanda “1 Mart” qurbanlarının varislərinə son dövrdə verilən birdəfəlik 30 milyon dram kompensasiyasından sonra qərarın ədalətli olub-olmadığı məsələsi ön plana çıxdı.

Xüsusilə, təxribata cəhd nəticəsində ölən erməni hərbi qulluqçuların anaları şikayət etməyə, ““1 Mart” qurbanları üçün niyə 30 milyon dram ödəyirsiniz, sərhəddə öldürülənlər üçün belə etmirsiniz”, deyə yeni bir məsələ qaldırmağa başladılar.

“Müharibə şəraitində olan bir ölkədə öldürülənlərə üstünlük verilməməlidirmi?” – deyə erməni KİV-lərindən biri belə bir başlıq yazıb.

Paşinyan ötən həftə etirazçı erməni hərbçilərin analarını qəbul edib və onları “1000 dram” fonduna yönləndirib. Əlbəttə, etirazçılar bundan məmnun deyillər. Lakin hər şeyə sıra ilə nəzər salaq.

Əslində erməni hərbçilərin anaların qaldırdığı məsələ Ermənistandakı çoxsaylı problemlərin yalnız bir hissəsidir. Heç kimə sirr deyil ki, bir çox hallarda Ermənistan dövləti tərəfindən ölən hərbi qulluqçulara və onların varislərinə göstərilən qayğı səviyyəsi kifayət qədər olmayıb və bir çox hallarda dövlət dəstəyi simvolik olaraq olub və indi də simvolik xarakter daşımaqda davam edir. Bu vəziyyət həmişə “pul çatışmazlığı” ilə əsaslandırıldı, bu, yəqin ki, Ermənistanın illərdir yaşadığı sosial-iqtisadi şərtləri nəzərə alaraq başadüşülən bir izahat idi.

Lakin “1 Mart” qurbanlarına 30 milyon dram birdəfəlik yardım vəsaiti vermək qərarı, müntəzəm olaraq dövlət qurumlarının əməkdaşlarına verilən fantastik mükafatlar, “pul yoxdur” tezisini şübhə altına alır. Yeni, Paşinyan hakimiyyəti “1 Mart” qurbanlarının varislərinə 30 milyon dram ayıra biləcəyinə inamlıdırsa, hakimiyyətin dövlət cibini bir az daha geniş açmasına və bu istiqamətdə dövlət siyasətinə hərtərəfli baxmağa başlamasına nə mane olur? Budur, bütün məntiq bundan ibarətdir.

Məsələ burasındadır ki, hazırkı vəziyyətdə bu problem faktiki olaraq həll olunmur və buna yeganə səbəb vəsaitin hansı mənbələrdən əldə ediləcəyinin məlum olmamasıdır.

Paşinyan növbəti dəfə ölən erməni hərbçilərin analarını qəbul edərkən bir daha Hərbçilərin Sığorta Fondunun fəaliyyət dairəsinin genişləndirilməsinin sürətlə davam etdirilməsi haqqında danışıb.

Ancaq bütün problem Hərbçilərin Sığorta Fondunun 2017-ci ildən sonrakı hadisələrə şamil edilməsi, bundan əvvəl, yəni 2008-2016-cı illər ərzində baş verən hadisələrlə bağlı isə kompensasiya ödənişləri Fondun qanuni müavinətlərindən istisna hesab olunur. Buna görə 2017-ci ildən əvvəlki hallar üzrə birdəfəlik müavinət verilmir.

Paşinyan hazırkı qayadaları tam şəkildə nəzərdən keçirmək niyyətində olduqlarını söyləyir, lakin bunun üçün dəqiq tarix göstərmir, məsələni açıq buraxır. Üstəlik, bir anda hansısa bir möcüzə ilə Paşinyan hakimiyyətinin tələbləri ən qısa müddətdə müvafiq fond vasitəsi ilə yerinə yetirə biləcəyini güman etsək də, lazımi miqdarda kompensasiya verilməməsi problemi yaranacaq.

“1 Mart” qurbanlarının hüquqi varislərinə göstərilən “səxavətliliyi” nəzərə alaraq, iddiaçı erməni əsgər anaları, 6646 ölən şəxsin siyahısını təqdim etməklə, məsələn, gözlənilən ödənilməli olan dövlət məbləğinin 420 milyon dollara çatdığı təqdirdə bir neçə yüz min dollar almağa razı olacaqlarmı? Yeri gəlmişkən, Paşinyanın qeyd etdiyi fond 2,5 il ərzində cəmi 40 milyon dollar toplayıb, bunun da 3 milyon dolları artıq kompensasiya kimi ödənilib.

Beləliklə, nə büdcə, nə də fond heç vaxt problemi həll edə bilməz. Qismən təmin olunarsa, nə üçün “1 Mart” qurbanlarının sərhəddəki itkilərdən daha vacib olması barədə sual yaranacaq. Artıq etibarlı şəkildə iddia edilə bilər ki, Nikol Paşinyanın “1 Mart” qurbanlarına səxavətlə kompensasiya ödəmək qərarı, yeni baş nazirin domino effekti təhlükəsi altında əvvəlcədən riskli bir qərar olduğunu düşünməməsinin nəticəsidir. Bir problemin həlli yolunda Paşinyan vaxtında düşünmədiyi üçün saysız-hesabsız problemlər əldə etməyə nail olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Əsgər-anaları   Etiraz  


Bizi "telegram"da izləyin