DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir

2019/09/70428-1569052327.jpg
Oxunub: 1176     10:44     21 Oktyabr 2019    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti-qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 18 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Qaçaqmalçılıq  


Bizi "telegram"da izləyin