Ordu.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada ərazi bütövlüyümüzün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır.
2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı şəxslərə aylıq müavinət və təqaüdlər vaxtında ödənilib, 639 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 390 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 324 nəfərə texniki reabilitasiya vasitələri təqdim edilib. Müvafiq dövrdə 11 nəfərə minik avtomobili, 17 ailəyə mənzillər təqdim olunub, sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə tədbirlər davam etdirilib.
Ordu.az