Ordu.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında 17 oktyabr 2019-cu ildə əldə etdiyi razılığa uyğun olaraq, PKK/YPG terrorçularının 120 saat ərzində bölgədən çıxarılmasını yaxından izləyir.
Məlumata görə, bununla əlaqədar təxminən 55 nəqliyyat vasitəsindən ibarət kolonna Ras Al Ayna daxil olub və 86 nəqliyyat vasitəsindən ibarət kolonna Tel Əmir tərəf yola düşüb.
Sevinc Əliyeva
Ordu.az