Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper bildirib.
Esper 700-dən çox hərbçinin İraqın cənubunda yerləşdiriləcəyini və İŞİD-ə qarşı mübarizəni davam etdiricəklərini qeyd edib.
Pentaqon lideri ABŞ-ın İraqdan Suriyaya mümükün antiterror reydlərini istisna etməyib.
"Plan gələn bir neçə gün ərzində NATO ilə keçiriləcək yığıncaq zamanı müzakirə ediləcək", - deyə o bildirib.
Müdafiə naziri deyib ki, əgər qüvvələr Suriyaya geri qaytarılsa, onlar ABŞ-ın hava qüvvələri tərəfindən müdafiə ediləcək.
Sevinc Əliyeva
Ordu.az