Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.
Akar qeyd edib ki, Türkiyə əleyhinə çirkin kampaniya yenə də davam etməkdədir ki, onlardan biri də xarici mətbuatda “Barış Pınarı” hərəkatı zamanı Türkiyənin kimyəvi silahdan istifadə etməsinə dair böhtanlardır.
“Bizim kimyəvi silahdan istifadə etməmiz günün mövzusu olmamalıdır. Türkiyə kimyəvi silahdan istifadəyə qarşıdır və bu mövzuda beynəlxalq öhdəliklərə əməl edir. Əsgərlərimizin yerli əhaliyə zərər verməsi böhtanına gəlincə, qürurla deyə bilərəm ki, Türkiyə ordusunun hərbçiləri millətimizin humanizm prinsiplərinə uyğun olaraq günahsız, dinc əhaliyə zərər verilməməsi üçün səylərini əsirgəmir”, - deyə nazir bildirib.
Sevinc Əliyeva
Ordu.az