Gənclər hərbi hissədə olublar

2019/10/13131-1571503170.jpg
Oxunub: 2781     20:38     19 Oktyabr 2019    
“18 oktyabr-Müstəqillik Günü” münasibətilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində 35 gəncin əsgərlərlə görüşü keçirilib. Görüş zamanı gənclər hərbi hissədə yaradılan şəraitlə də tanış olublar.

Ordu.az xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Rəhman Vəliyev bildiriblər ki, görüşün məqsədi gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, onların vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması və əsgərlərdə ruh yüksəkliyinin artırılmasıdır.

Sonra gənclər silahlanmaya daxil edilən ən müasir silah və texnikalara, müasir idarəetmə vasitələrinə baxıblar. Onlar hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, yeməkxana və əsgəri məişət kompleksi ilə də tanış olublar. Gənclər üçün yaddaqalan məqam isə əsgərlərlə birlikdə edilən nahar olub.

Daha sonra gənclərə Döyüş Şöhrəti Muzeyində saxlanılan texnikalar haqqında ərtaflı məlumat verilib.

Görüşün bədii hissəsində Babək rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının konsert proqramı təşkil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gənclər   Hərbi-hissə  

Gənclər hərbi hissədə olublar

2019/10/13131-1571503170.jpg
Oxunub: 2782     20:38     19 Oktyabr 2019    