Erməni general Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının işlərində iştirak edəcək? - FOTO

2019/10/13669-1571470534.jpg
Oxunub: 2964     15:34     19 Oktyabr 2019    
“Əgər bu komissiya səhvə yol vermiş şəxsi həbs etmək və ya qalada oturtmaq üçün yaradılırsa, bu halda mən gəlməyəcəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni general-leytenant Norat Ter-Qriqoryants bildirib.

Erməni jurnalistlər Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryana sorğu göndərib ki, niyə general-leytenant Norat Ter-Qriqoryants komissiyanın iclaslarında iştirak etməkdən imtina edir?

Köçəryan sorğuya cavab olaraq Ter-Qriqoryantsın cavabının şəklini çəkməyə icazə verib. Ter-Qriqoryants cavabda aviabiletinin, qalma yerinin xərclərinin qarşılanmasını xahiş edib və qeyd edib ki, komissiyanın işlərində iştirak etmək təklifini qəbul edir.

“Əgər bu komissiya səhvə yol vermiş şəxsi həbs etmək və ya qalada oturtmaq üçün yaradılırsa, bu halda mən gəlməyəcəm. Bilirsiz niyə? Çünki müharibə gedən zaman və bundan sonra səhv etdiyi və ya məğlub olduğu üçün hər hansı birini mühakimə edirlər, bunu etmək lazım deyil, mən bunu qəbul etmirəm. Yaxşı şey üçün təşviq etmək olar, cəzalandırmaq isə təhlükəlidir, çünki bu halda heç kim orduda qalmaq, müharibə zamanı getmək və mübarizə aparmaq istəməyəcək. Hamı deyəcək ki, yaxşı gedin, siz mübarizə aparın. Lakin əgər bu komissiya niyə bu qədər qurbanlar verdiyimizi, niyə əraziləri itirdiyimizi, nə üçün belə alındığını bilmək, bundan sonra nəticə çıxarmaq və çatışmazlıqları aradan qaldırmaq üçün yaradılırsa, o zaman bu, düzgün olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   İstintaq  

Erməni general Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının işlərində iştirak edəcək? - FOTO

2019/10/13669-1571470534.jpg
Oxunub: 2965     15:34     19 Oktyabr 2019    