Erməni hərbi qulluqçuların avtomobilləri toqquşub - 3 yaralı

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 1364     09:39     19 Oktyabr 2019    
Oktyabrın 18-də saat 20:45 radələrində Ermənistanın Armavir vilayətində avtoqəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvan-Armavir avtomobil yolunun 26-cı km hissəsində - “Lentras” kimi tanınan ərazidə “Land Rover” markalı “55 XX 090” markalı avtomobillə “Mercedes C180” markalı “35 UZ 633”markalı avtomobil toqquşub.

Baş vermiş qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq “Üçmüədzin” tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi, “Land Rover” markalı avtomobilin sürücüsü isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli hərbi qulluqçu kimi xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza  

Erməni hərbi qulluqçuların avtomobilləri toqquşub - 3 yaralı

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 1365     09:39     19 Oktyabr 2019    