Gürcüstan mediasında Qaxariyanın Ermənistana səfəri necə əks olundu?

2019/10/Gakha-1571381639.jpg
Oxunub: 786     10:47     18 Oktyabr 2019    
“Ümumiyyətlə həm hökumətyönlü, həm də müxalifət mediasında Qaxariyanın Ermənistan səfərinə diqqət yetirməyənlər də oldu”.

Ordu.az xəbər verir ki, gürcüşünas erməni ekspert Hasmik Meliksetyan öz “Facebook” səhifəsində Gürcüstanın Baş naziri Qiorqi Qaxariyanın Ermənistana səfərinin Gürcüstan mediasında necə işıqlandırmasına münasibət bildirib.

O qeyd edib ki, əksər media qurumları Gürcüstan hökumətinin rəsmi açıqlamaları və video görüntülərindən istifadə edib.

“Lakin Baş nazirlərin mətbuat konfransının transkripti natamamdır, Paşinyanın “Mən mövqeyimizi təkrarladım və bildirdim ki, hər bir münaqişə özünəməxsusdur və həll məsələsi də bunun mahiyyətindən irəli gəlməlidir. Bir-birimizə həssas olan məsələlərdə balanslı mövqe tutmağın vacibliyini vurğuladıq” açıqlaması yer almayıb. Gürcüstanın rəsmi açıqlamalarında isə qeyd edilir ki, münaqişələr dinc yolla, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməlidir.

Əsasən, öz məzmununu yaratmayan, əksinə onu digər mənbələrdən əks etdirən yalnız bir media orqanı Paşinyanın tam açıqlamasını qoruyaraq, erməni saytlarından birinin rus dilindəki tərcüməsini təkrar nəşr edib”, - deyə gürcüşünas ekspert Meliksetyan gürcü KİV-lərinin sözügedən səfərə diqqət ayırmadıqlarını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Ermənistan   Qaxariya  

Gürcüstan mediasında Qaxariyanın Ermənistana səfəri necə əks olundu?

2019/10/Gakha-1571381639.jpg
Oxunub: 787     10:47     18 Oktyabr 2019    