Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

2019/10/600@0-1571321158.jpg
Oxunub: 1175     18:03     17 Oktyabr 2019    
ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

Ordu.az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, həmsədrlər oktyabrın 15-də İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Səfər zamanı həmsədrlər qondarma qurum "rəhbərliyi", Bakıda isə həmsədrlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ilə də görüşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   həmsədrlər  


Bizi "telegram"da izləyin