HDQ-də taktiki təlim keçirilir

2019/10/3d03d-1571316758.jpg
Oxunub: 2303     16:51     17 Oktyabr 2019    
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin (HDQ) taktiki təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkilidir.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilir, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HDQ   Xəzər-dənizi  


Bizi "telegram"da izləyin