SMO "Barış Pınarı"nda 64 şəhid verib

2019/10/thumb-1570433655.jpg
Oxunub: 1502     15:33     17 Oktyabr 2019    
Suriya Milli Ordusu (daha öncə Azad Suriya Ordusu-red.) Suriyada keçirilən "Barış Pınarı" əməliyyatı zamanı 64 şəhid verib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 18-də Tel Abyad və Rasulaynın terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi zamanı 18 döyüşçü şəhid olub, 51-i yaralanıb, 1 döyüşçü isə itkin düşüb.

Əməliyyat başlayandan bu günədək Suriya Milli Ordusunun cəmi 64 döyüşçüsü şəhid olub, 187 döyüşçüsü isə yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SMO   Barış-Pınarı  


Bizi "telegram"da izləyin