Ermənistan BQ Kəşfiyyat İdarəsinin rəisi Aprel döyüşlərini araşdıran komissiyanın iclasında dindiriləcək

2018/12/34534-1545311517.jpg
Oxunub: 1336     15:22     17 Oktyabr 2019    
Məlum olduğu kimi, bu gün Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının iclası toplanacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetan iclasa dəvət olunacaq.

Qeyd olunur ki, Karapetyan qapalı iclasda dindiriləcək. Arşak Karapetyan hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviridir. Onun general-mayor rütbəsi var və təxribatçı döyüş əməliyyatlarının iştirakçısıdır.

Karapetyan 2016-cı ilə qədər Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi olub. Aprel döyüşlərindən sonra, aprelin 26-da vəzifəsindən azad olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin