Əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsi formulunun Azərbaycan tərəfindən irəli sürülməsi, şübhəsiz ki, Qarabağda valideynlərinin məzarlarını ziyarət etməyə getmiş, nəticədə girov düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmasını nəzərdə tutur.
Ermənistan tərəfi bu formulu rədd etdi. Ermənistan rəhbərliyi qanunsuz bölgədə girov düşmüş azərbaycanlı və Azərbaycanda saxlanlan erməni əsirlərin eyniləşdirilməsinin düzgün olmadığını vurğulayıb. Təbii ki, Qazax istiqamətindən ərazilərimizə daxil olan Kazaryanın terror aktları planlaşdırması və həyata keçirməsi mülki sakinlərlə eyniləşdirilə bilməz.
Hazırda məsələ müzakirə olunur və həmsədrlər bunu faktiki olaraq işğal altında olan Qarabağda müzakirə edirlər.
Alpər Mövludoğlu
Ordu.az