Həmsədrlər girovlar məsələsində irəliləyişə nail ola biləcəklərmi?

2019/09/78978-1569839308.jpg
Oxunub: 658     16:16     17 Oktyabr 2019    
ATƏT-in Minsk qrupunun həmsədrləri işğal altında olan Qarabağda məhbuslar məsələsini müzakirə ediblər. Bunu rusiyalı həmsədr İqor Popov jurnalistlərə açıqlamasında deyib. Erməni tərəfinin rəsmi açıqlamasında məsələnin müzakirəsi ilə bağlı heç bir məlumat verilməyib. Bununla yanaşı, verilən açıqlamada qondarma qurumun danışıqlar prosesinə daxil edilməsinin vacib olduğu qeyd edilirdi.

Əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsi formulunun Azərbaycan tərəfindən irəli sürülməsi, şübhəsiz ki, Qarabağda valideynlərinin məzarlarını ziyarət etməyə getmiş, nəticədə girov düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmasını nəzərdə tutur.

Ermənistan tərəfi bu formulu rədd etdi. Ermənistan rəhbərliyi qanunsuz bölgədə girov düşmüş azərbaycanlı və Azərbaycanda saxlanlan erməni əsirlərin eyniləşdirilməsinin düzgün olmadığını vurğulayıb. Təbii ki, Qazax istiqamətindən ərazilərimizə daxil olan Kazaryanın terror aktları planlaşdırması və həyata keçirməsi mülki sakinlərlə eyniləşdirilə bilməz.

Hazırda məsələ müzakirə olunur və həmsədrlər bunu faktiki olaraq işğal altında olan Qarabağda müzakirə edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dilqəm   Şahbaz   ATƏT  

Həmsədrlər girovlar məsələsində irəliləyişə nail ola biləcəklərmi?

2019/09/78978-1569839308.jpg
Oxunub: 659     16:16     17 Oktyabr 2019    