“Türkiyənin YPG-yə qarşı hərbi əməliyyatı ABŞ-ın döyüşü deyil” - Tramp

2019/10/img-1571301415.jpg
Oxunub: 1314     13:18     17 Oktyabr 2019    
ABŞ prezidenti Donald Tramp amerikalı əsgərlərin Suriyanın şimalından geri çəkilməsini əmr etdiyi üçün bölgədə baş verən döyüşün ABŞ-la heç bir əlaqəsinin olmadığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp vəziyyətin “çox gözəl nəzarət altında olduğunu” söyləyib.

Tənqidçiləri Trampın bu qərarını Türkiyənin əməliyyatları üçün “yaşıl işıq” olaraq qiymətləndirir.

O qeyd edib ki, YPG çox yaxşı qorunur və necə döyüşəcəklərini çox yaxşı bilirlər.

Tramp, həmçinin əlavə edib ki, YPG “çox da mələk” deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   YPG  


Bizi "telegram"da izləyin