ABŞ ordusu üçün 16 illik modernləşmə proqramı həyata keçiriləcək

2019/10/10632-1571301081.jpg
Oxunub: 1498     19:30     17 Oktyabr 2019    
ABŞ ordusunun son modernləşdirmə strategiyası hesabatında Çin və Rusiyadakı hərbi inkişafların yaratdığı “təhlükə”nin qarşısını almaq üçün 2035-ci ilə qədər davam edəcək 16 illik dörd mərhələli planın başlayacağı qeyd olunur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Orsunu Birliyinin (AUSA) konfransında məlumat verilib.

2020-ci maliyyə ilinin başlanğıcı - 2022-ci maliyyə ili arasında başlayan birinci mərhələ 34 proqram “ilkin sahə təhsili”ni əhatə edir.

Növbəti mərhələlərdə müxtəlif silah sistemlərinin, xüsusilə hipersəs silahlarının inkişaf etdirilməsi nəzərdə tutulub.

Proqramın əsas prioritetlərindən biri də ordunun maksimum elektronlaşdırılmasıdır. Müxtəlif silahların kompüterlər tərəfindən idarə olunması proqramın əsas tərkib hissələrindən biridir.

Qeyd olunur ki, proqramın ilk 5 ili çərçivəsində modernləşmə üçün 10 milyard dollar ayrılacağı nəzərdə tutulub.

Sevinc Əlieyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Modernləşmə  


Bizi "telegram"da izləyin