Çinin ikinci aviadaşıyıcısı 8-ci sınağından sonra istismara verilə bilər

2019/10/10770-1571300964.jpg
Oxunub: 1963     17:28     17 Oktyabr 2019    
Çinin yerli istehsalı olan ilk, ümumi olaraq ikinci aviadaşıyıcısı çərşənbə axşamı başlayan səkkizinci sınaqlarından sonra istifadəyə verilə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu aviadaşıyıcı ilk aviadaşıyıcı olan “Liaoning” ilə müqayisədə daha uzun mərhələli sınaqlardan keçib.

Hərbi mütəxəssislər 001A tipli aviadaşıyıcının bu il ərzində istismara veriləcəyini təxmin edir.

Sayca səkkizinci olan hazırkı sınaqların oktyabrın 22-nə qədər davam edəcəyi, təlimlərdən sonra aviadaşıyıcının adının da məlum olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin