Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında açıqlama yayılıb.
Qeyd olunub ki, İŞİD-ə qarşı mübarizə davam edəcək, bunun üçün bölgədə ABŞ-ın koalisiya qüvvələri ilə yanaşı əhəmiyyətli sayda aktiv heyət mövcuddur.
Açıqlamada bildirilib ki, Türkiyənin hərbi əməliyyatları vəziyyəti mürəkkəbləşdirsə də, ABŞ qoşunları dəyişən şərtlərdə də anti-İŞİD kampaniyasına davam etməyə hazırdır.
Məlumata görə, ABŞ qoşunları İraqın sərhəd rayonlarından vəziyyətə nəzarət edəcək.
Sevinc Əliyeva
Ordu.az