Türkiyə "Barış Pınarı"nda hansı yeni silahlarını tətbiq edir? – HƏRBİ EKSPERT (ARAŞDIRMA) - I YAZI

2019/10/16102-12571751968.jpg
Oxunub: 3315     11:43     19 Oktyabr 2019    
Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək və Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün Ankara 9 oktyabr tarixində "Barış Pınarı" (Sülh Çeşməsi) əməliyyatına başladı. Burada əsas məqsəd bu bölgədə sabitliyi təmin etməkdən və Türkiyə ərazisində müvəqqəti məskunlaşan 3.6 milyon Suriyalı qaçqınların həmin ərazilərdə yaşayan hissəsinin evlərinə təhlükəsiz şəkildə dönmələrinə şərait yaratmaqdan ibarətdir. Əməliyyatın əsas hədəfi PKK/YPG və İŞİD terror qruplaşmalarıdır. Suriya ilə sərhəddə yaradılacaq təhlükəsizlik dəhlizi, terrorçuların Türkiyə ərazilərinə hücumların qarşısını almaqda böyük əhəmiyyətə malik olacaq. Bu dəhlizin eni 480 km, dərinliyi isə 30 km-dən çox olacaq. Daha əvvəllər də Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatlarını uğurla icra edib.

Əməliyyatın 6-günün hesabatları hər gün orta hesabla 100 nəfərə yaxın terrorçunun məhv edildiyini, 10 kəndin azad edildiyini göstərir. Rasulayn və Tel Abyad rayon mərkəzləri onları birləşdirən, Türkiyə ilə sərhəddən 35 km dərinlikdən keçən M4 magistral yolu ilə birlikdə tamamilə TSQ və Suriya Milli Ordusunun (SMO) nəzarəti altındadır. İki rayon mərkəzi arasında qalan böyük bir ərazinin təmizlənməsinin daha yüksək templərlə davam edəcəyi gözlənilir.

Təbii ki, 500.000 nəfərdən çox canlı qüvvəyə malik olan TSQ bu əməliyyatı çox qısa bir zamanda yekunlaşdıra bilərdi, lakin həmin ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün daha dəqiq nöqtə atışlarından istifadə edilir. Əməliyyat çərçivəsində hədəflər peyk/kosmik görüntüləri, pilotsuz uçan aparatlar və kəşfiyyat məlumatları əsasında dəqiqliklə aşkar edildikdən sonra onlara zərbələrin endirilməsinə icazə verilir. Bu zərbələrin yerinə yetirilməsində TSQ bir-birindən müxtəlif təyinata malik silah sistemlərindən istifadə edir. Bu əməliyyatda istifadə edilən bir çox yerli və milli silahlar ilk dəfə sınaqdan keçirilir. Türkiyənin müdafiə sənayesi tərəfindən istehsal olunan "Koral", TASMUS, "Korkut", AK40-GL qumbaraatanı və ATOM sursatı ilk dəfə "Barış Pınarı" əməliyyatı çərçivəsində tətbiq edilir.

Döyüşlərdə ilk dəfə istifadə olunan silah və sursatlarla bərabər "Göktürk" kəşfiyyat peyki ,"Fırtına" qaubitsaları, T-300 "Qasırğa" Yaylım Atəşli Reaktiv Sistemləri, "Kirpi II", VURAN və ARMA zirehli vasitələri, ATAK T-129 helikopterləri, "Bayraktar TB2", "Akıncı", ANKA, ANKA-S ALPAGU, KARGU, "Sərçə" zərbə və kəşfiyyat PUA-ları, SOM qanadlı raketləri, BORA ballistik raketi, OMTAS və UMTAS tank əleyhinə raketləri, "Cirit" raketləri, MAM-L və MAM-C bombaları, LGK lazer tuşlamalı bombalar, "Poyraz" daşıyıcısı, "Akkor Pulat" aktiv qoruma kompleksi, SARP uzaqdan idarəolunan silah sistemi, SERHAT minaatan aşkarlama vasitəsi, ASELPOD hədəfləmə sistemi, MPT-76 və MPT-55 tüfəngləri, KNT-76 və "Bora-12" snayper tüfəngləri kimi bir çox yerli atıcı silahlar və digər avadanlıqlar antiterror əməliyyatının müvəffəqiyyətlə aparılmasına öz töhfələrini verməkdədir.

Əməliyyatlarda istifadə edilən müasir hərbi məhsulların istehsalçıları arasında ASELSAN, ROKETSAN, MKEK, BAYKAR və OTOKAR məhsullarına daha çox rast gəlinir. Bu əməliyyatda Tükiyənin sınaqdan çıxara biləcəyi onlarla zirehli vasitə, raket, TƏİRK və atəşi idarəetmə sistemləri də mövcuddur. Əvvəlki hərbi əməliyyatlarda artıq tətbiq edilən silah sistemlərinin bir çoxunun müsbət və mənfi cəhətləri təhlil edilib, çatışmazlıqlar aradan qaldırılıb və onların bir çoxu təkrar istifadədir. Əvvəlcə Türkiyənin "Barış Pınarı" əməliyyatında ilk dəfə istifadə edilən silah sistemləri ilə tanış olaq.

"Koral" Radio Elektron Mübarizə kompleksi

ASELSAN tərəfindən hazırlanan "Koral" mobil Radio Elektron Mübarizə (REM) kompleksi əməliyyatların aparılmasında mühüm rol oynayır. "Koral" REM sistemi gələcəyin müdafiə texnologiyasıdır, bu tip sistemlər yalnız barmaqla sayıla biləcək ölkələr tərəfindən istehsal edilir.

"Koral" kompleksinin əsas təyinatı düşmənin radioelektron vasitələrinə maneələr yaradaraq onların funksiyalarını yerinə yetirməsinə maneə yaratmaqdan ibarətdir. NATO standartlarına uyğun "Koral" kompleksi hər biri 8×8 təkər formalı şassi üzərinə quraşdırılan 4 ədəd Elektron Radar Hücum Sistemindən və 1 ədəd Elektron Dəstək RLS-indən ibarətdir.

Elektron Dəstək Sistemi (Koral ED) ilə Elektron Hücum Sistemi (Koral ET) olmaqla iki əsas hissədən ibarət olan kompleksdə, "Koral" ED ilə kompleksin axtarış və aşkarlama funksiyaları, "Koral" ET ilə isə düşmən radarlarının fəaliyyətinin əngəllənməsi funksiyası yerinə yetirilir.

"Koral" ilə birlikdə istifadə olunan "Planlama ve Analiz" proqramlarının mövcudluğu REM əməliyyatlarında çox vacib bir əhəmiyyət daşıyır. Bu proqramın sayəsində əməliyyat bölgəsinə aid məlumatlar və hazırlıqlar əvvəlcədən sistemə yüklənə bilir. Əməliyyat zamanı qeyd edilən siqnalların detallı analizi aparılır, sistemdəki "yaddaş kitabxanası" daim yenilənir.

Rəqib ölkələrin HHM sistemlərində mühüm problemlər yarada bilən "Koral" REM kompleksinin Rusiyanın müasir ZRK-sı qarşısında da olduqca güclü təsirə malik olduğu iddia edilir. Rusiyalı mütəxəssislərin özləri də "Koral"ın S-400 komplekslərinin 30% funksiyasını basdıra bildiyini etiraf ediblər.

Bu silah sistemlərinin taktiki-texniki göstəriciləri onun 100 kilometrdən çox məsafəni əhatə etdiyini göstərir. "Koral" sisteminin sınaqlardan keçirilməsi üçün, onun Suriya sərhədində yerləşən Hatay vilayətində və Yunanıstanla sərhəddə - Egey dənizi sahillərində yerləşdirilməsi iki il öncə məlum idi. Bu yolla Türkiyə Silahlı Qüvvələri düşmənin yerüstü, dəniz və aviasiya radarlarını basdırmaq və qarışdırmaq üçün strateji imkanlarını real vəziyyətdə yoxlamaq istəyirdi. "Koral"ın bu məqsədlə Rusiya təyyarələrinə qarşı sınaqdan keçirildiyi barədə türk mətbuatında məlumatlar da mövcuddur. Onların fəaliyyəti nəticəsində Rusiya təyyarələri Suriyadakı YPG düşərgələrinə səhvən 4 dəfə zərbə endiriblər. Rus təyyarələrinin müttəfiq Əsəd qüvvələrinə zərbələr endirməsini isə rəsmi Dəməşq də təsdiqləyib. Nəticədə Rusiya həmin bölgədə "Krasuxa" REM vasitələrini yerləşdirdi. Hazırda "Koral" REM kompleksi TSQ-nin əməliyyatlarını aktiv şəkildə dəstəkləyir.

TASMUS

"Barış Pınarı" əməliyyatında ilk dəfə tətbiq edilən yeni rabitə avadanlıqlarından biri də Türkiyə Silahlı Qüvvələri üçün ASELSAN tərəfindən hazırlanan TASMUS Taktiki Ərazi Rabitə Sistemidir.

Müasir müharibələr taktiki döyüş sahəsində atəş dəstəyi, manevr, nəzarət, kəşfiyyat/radioelektron mübarizə, hava hücumundan müdafiə, qarşılıqlı əlaqə və maddi-texniki təminat kimi idarəetmə funksiyalarının eyni zamanda paralel olaraq yerinə yetirilməsini tələb edir. Bütün bunlar isə yalnız ərazidə sürətli və etibarlı məlumat ötürülməsi ilə mümkündür. Müxtəlif rabitə xidmətlərinin və cihazlarının eyni vaxtda paralel istifadəsini tələb edən bu idarəetmə funksiyalarının düzgün yerinə yetirilməsi və dəstəklənməsi yalnız inteqrasiya olunan bir sistem yaradılması yolu ilə əldə edilə bilərdi.

Etibarlılıq, təhlükəsizlik, rahatlıq, yüksək davamlılıq, dəyişən texnologiya tələblərinə uyğunluq və sürətli rabitə xidməti tələblərini bir arada birləşdirmək məqsədilə TASMUS layihəsi həyata keçirildi.

Döyüş əməliyyatlarının bütün rabitə tələblərinə cavab verən TASMUS istifadəçilərinə kompakt, daşınan, genişlənə bilən, təhlükəsiz və istifadəsi rahat seçim təklif edir.

Qoşunların əməliyyat ehtiyacları üçün tələb olunan bütün rabitə xidmətlərini təqdim edən və yüksək tələblərə uyğun gələn TASMUS-un yaradılmasının əsas məqsədi döyüş bölgəsi haqqında bütün məlumatları və real zaman görüntülərinin istifadə olunan döyüş sistemləri arasında paylaşılmasını təmin etməkdən ibarətdir. Sistem silahlar, sensorlar və komanda mərkəzləri arasında tələb olunan vacib məlumatların anında ötürülməsinə və aidiyyəti üzrə hər bir rəhbərlik səviyyəsində izlənilməsinə imkan verir.

TSQ-nin 2000-ci ildən bəri istifadəsində olan bu sistem texnoloji proqressə və dəyişən müştəri tələblərinə uyğun olaraq davamlı yenilənir.

Müasir döyüşün bütün rabitəyə olan tələblərinə cavab verən çevik, etibarlı və davamlı sistem olaraq hazırlanan TASMUS şəbəkə əsaslıdır, döyüş şəraiti konsepsiyasına uyğunlaşdırılıb, yüksək davamlılığa malikdir və digər sistemlərə inteqrasiya edilə bilir.

Təhlükəsiz və yüksək səviyyədə qorunan bir rabitə infrastrukturu olan TASMUS hərbi əməliyyatlarda birliklərin tabor/bölük səviyyəsinə qədər effektiv idarəedilməsi üçün fasiləsiz əlaqəni təmin edir. Bununla yanaşı birkanallı CNR sistemlərinə, strateji telekom və data şəbəkələrinə inteqrasiya üçün zəruri interfeyslər təqdim edir.

TASMUS sistemi şəbəkə mərkəzinə malik olması, güclü bir IP (İnternet Protokolu) infrastrukturu və inkişaf üçün açıq bir arxitekturası sayəsində gələcəkdə də aktual rabitə avadanlıqları arasında yer alacaq.

KORKUT

"Barış Pinarı" əməliyyatında ilk dəfə istifadə edilən KORKUT özüyeriyən hava hücumundan müdafiə sistemi Türkiyə Quru Qoşunlarının aşağı hündürlükdə hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq üçün ASELSAN VƏ FNSS tərəfindən birgə istehsal edilir.

KORKUT zenit sistemi, bütün növ ərazi və hava şəraitində, gecə-gündüz hərəkətdə və ya daimi yerləşmə məntəqəsində olan hissə və birliklərin hava hücumundan müdafiəsini yüksək dəqiqliklə effektiv şəkildə həyata keçirmək üçün nəzərdə tutulur.

KORKUT-un atəş vasitələrinə MKEK tərəfindən istehsal olunan 35 mm-lik iki top aiddir. Özüyeriyən vasitə iki ayrı mərmi qidalandırma sistemindən istifadə edir, bu isə ona lülələrdən birinin nasaz olduğu halda belə atəşi davam etdirməsinə imkan verir.

Milli olaraq inkişaf etdirilən və suda üzə bilən KORKUT zenit sisteminin şassisi üzərində istənilən hava şəraitində hədəfi avtomatik rejimdə izləməyə imkan verən RLS və müxtəlif sensorlar yerləşdirilir.

Avtomatik sursat qidalandırma sisteminə malik olan KORKUT, dəqiqədə 100 dəfə atəş aça bilir. Atəş məsafəsi 4 kilometr radiusu əhatə edən zenit sistemi "hava yer" sursatlarına, qanadlı raketlərə, helikopter və PUA-lara qarşı mübarizə aparmaq üçün hazırlanıb. KORKUT həm sərhəddən kənarda Türkiyə ərazisinə atılan raketləri havada, həm də onların atıcı qurğuları kimi sabit və ya hərəkət edən hədəflərini birbaşa görüntü sahəsində məhv edə bilər.

KORKUT hava hücumundan müdafiə sisteminin imkanları, təhdidlərə qarşı effektiv şəkildə qəlpəli döyüş sursatlarından istifadəyə imkan verir. Silah dəqiqədə 1100 dəfə atəş aça bilir, bu isə hava hədəfləri ilə mübarizə aparmaq üçün yüksək atəş tezliyi hesab olunur.

KORKUT sistemi 3 ədəd silahlı maşından və 1 ədəd komanda idarəetmə vasitəsindən ibarətdir. KORKUT sistemlərinin ilk prototipi 2016-cı ilin oktyabrında TSQ-yə çatdırılıb.

Ümumi xüsusiyyətləri:

- Zirehli mexaniki hissə və birliklərlə birgə tapşırıqları icra edə bilir;
- Hərəkətdə atəş aça bilir;
- Üst səviyyə rəhbərliyin idarəetməsi ilə əlaqəli istifadə edilə bilir;
- Hədəfləri avtomatik rejimdə izləyir;
- Hədəf aşkarlanması və izlənilməsi elektron optik sensorlar vasitəsilə həyata keçirilir;
- İnkişaf etmiş atəşi idarəetmə alqoritmləri sayəsində hava hücumundan effektiv müdafiə təmin edilir;
- 35 mm KDC-02 tipli ikilüləli silah sistemi yüksək atəş tempi sayəsində effektiv zərbə gücünü təmin edir.

AK40-GL qumbaraatanı

"Barış Pınarı" əməliyyatında diqqətləri cəlb edən digər bir yeni və milli silah TSQ-nin Quru Qoşunları Komandanlığının tabeliyində olan hissə və bölmələrin təchiz edildiyi AK40-GL qumbaraatanlarıdır. MPT-76 və MPT-55 Milli Piyada Tüfənglərinə lülənin alt tərəfindən quraşdırılan və ya müstəqil istifadə edilən yerli silah ilk dəfə bu hərbi əməliyyatlarda istifadə olundu.

TSQ silahlanmasında olan silahlar üçün uyğunlaşdırılan AK40-GL qumbaraatanı Konyanın Beyşehir rayonunda yerləşən "Akdaş Silah" müdafiə sənaye şirkətində istehsal olunur.

Silah 400 mm-lik qumbaralarla atəş aça bilir. Xüsusi dizaynı sayəsində silahdan həm sağ, həm də sol əllə istifadə mümkündür, ona gecə və gündüz nişangah avadanlıqları da əlavə edilə bilir. 400 metr məsafədə ciddi dəqiqiliyə malik AK40-GL qumbaraatanının lüləsi 5000 dəfə atəş açmaq üçün nəzərdə tutulur. Davamlı daşınma üçün uyğunlaşdırılan 1.5 kiloqram ağırlığında olan silah əsgər üçün ciddi əlavə yük hesab edilmir.

ATOM

40 mm-lik ATOM proqramlaşdırılabilən sursatları da "Barış Pınarı" əməliyyatında ilk dəfə istifadə edilib.

Zamana görə nizamlanaraq havada partlaya bilən sursatın hazırlanması və istehsal texnologiyası dünyanın az sayda ölkəsində mövcuddur. İnkişaf fəaliyyətinin müvəffəqiyyətlə tamamlanması ilə Türkiyə də bu ölkələrin sırasına daxil oldu. 40 mm-lik ATOM döyüş sursatı, IDEF 2017-də ASELSAN ilə MKEK arasında imzalanan protokoldan sonra iki qurumun uğurlu əməkdaşlığı ilə hazırlandı.

ATOM 40 mm-lik çapa malik yüksək sürətli və "ağıllı" sursatdır. Zamana görə proqramlaşdırılma texnologiyasına əsaslanan piyada döyüş sursatı hesab edilir. Bu sursat lülədən çıxarkən havada partlaması zamanına görə proqramlaşdırılır. Qəlpələri və korpus daxilindəki partlayıcı ilə hədəfə qarşı yüksək effektivliklə təsir göstərə bilir.

Avtomatik qumbaraatanlara atəşi idarəetmə blokunun inteqrasiyasından sonra 40 mm-lik ATOM sursatlarının həm mexaniki qumbaraatanlardan, həm də uzaqdan idarə olunan silah sistemlərindən istifadəsi mümkün olub. ATOM atəşi idarəetmə blokunun istifadəsi HE, HE-SD, HEDP, TP və s. kimi adi döyüş sursatlarının da dəqiq atəş qabiliyyətini təmin edərək silah sistemlərinin səmərəliliyini artırır.

40 mm-lik ATOM döyüş sursatları güc strukturlarının bölmələri tərəfindən daxili təhlükəsizlik, sərhədyanı ərazilərdə və yaşayış məntəqələrində keçirilə biləcək əməliyyatlara uyğun ssenarilərdə sınaqdan keçirilib. "Ağıllı" sursatların istifadəsi sayəsində az sayda döyüş sursatı ilə yüksək effektivliyə nail olmaq mümkündür.

ATOM sursatları ASELSAN-ın İHTAR sisteminə inteqrasiya olunaraq müxtəlif PUA-lara qarşı effektiv hava hücumundan müdafiə sistemi kimi istifadə edilə bilər.

ATOM-un ümumi xüsusiyyətləri:

- Yüksək həssaslıqla zamana görə proqramlaşdırma;
- Yerüstü şəraitdən asılı olmayaraq fəaliyyət;
- Effektiv qəlpə paylanması;
- Elektron bazalı detonator;
- İlk atəşdən hədəfə zərbənin yüksək ehtimalı;
- Yüksək etibarlılığa malik təhlükəsizlik və patlayıcının quraşdırılma mexanizmi;
- 20 il saxlanma müddəti;
- Avtomatik qumbaraatan silahlarına inteqrasiya imkanı;
- Quraşdırma/istifadə rahatlığı;
- Gündüz/gecə müşahidə imkanı;
- PUA əleyhinə sistemlərə inteqrasiya imkanı.

Taktiki-Texniki xüsusiyyətləri:

- Çapı: 40 mmx53 mm;
- Mərminin kütləsi: 255 q;
- Mərminin lülədən çıxış sürəti: 240 m/s;
- Maksimum qəlpə paylanması: 1 mil;
- Qəlpələrin sayı: 1100 ədəd;
- Məhvetmə radiusu: 5 m;
- Yaralama radiusu: 15 m;
- Fəaliyyət temperaturu: - 33° C ilə + 63° C arasında;
- Saxlama temperaturu: - 46° C ilə + 71° C arasında;
- Partlama xüsusiyyəti: elektron;
- Effektiv atəş məsafəsi:
- Piyada və yerüstü hədəflər üçün > 1500 m,
- PUA üçün > 1000 m.

ATOM sursatlarını MK19 Mod3, H&K AGL/GMG və "Muadili" avtomatik qumbaraatanlarından PUA-lara, zirehsiz vasitələrə, dağınıq canlı qüvvəyə, binalarda, mağaralarda və ya xəndəklərdə gizlənən düşmənə qarşı istifadə etmək mümkündür.

(Ardı var...)
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TSQ   Barış-Pınarı  

Türkiyə "Barış Pınarı"nda hansı yeni silahlarını tətbiq edir? – HƏRBİ EKSPERT (ARAŞDIRMA) - I YAZI

2019/10/16102-12571751968.jpg
Oxunub: 3316     11:43     19 Oktyabr 2019    