XİN həmsədrlərin Qarabağdan sonra Bakıya gəlişinə münasibət bildirib

2019/08/a8830-1566798913.jpg
Oxunub: 1506     17:17     16 Oktyabr 2019    
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağdan Bakıya gəlişinə münasibət bildirib.

XİN-dən Ordu.az-a verilən məlumata görə, Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XİN   ATƏT  

XİN həmsədrlərin Qarabağdan sonra Bakıya gəlişinə münasibət bildirib

2019/08/a8830-1566798913.jpg
Oxunub: 1507     17:17     16 Oktyabr 2019    