“Raider X” yüksək sürətli helikopterinin yeni dizaynı təqdim edilib

2019/10/10710-1571131941.jpg
Oxunub: 1588     19:31     15 Oktyabr 2019    
“Lockheed Martin” ABŞ Quru Qoşunlarının Gələcək Hücum Kəşfiyyat Təyyarəsi (FARA) üçün “2015 AUSA” konfransında nümayiş etdirdiyi S-97 “Raider”ə əsaslanan “Raider X” helikopterini təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, helikopter S-97 (və “Sikorsky”nin X2 eksperimental helikopteri) kimi “Raider X” dizaynı da yüksək sürətlə daha yaxşı işləməsi üçün hazırlanmış koaksial sərt rotorlardan istifadə edir.

Koaksial rotorlar, həmçinin “Raider X”in 9000 futdan çox yüksəklikdə saatda 250 düyündən (463 km/saat) artıq sürətə çatmasına imkan verir.

Helikopterin yüksək və alçaq hündürlükdə manevr qabiliyyəti, uçuş nəzarətinin optimallaşdırılması və vibrasiya azaldılması kimi keyfiyyətləri mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Raider-X   Lockheed  

“Raider X” yüksək sürətli helikopterinin yeni dizaynı təqdim edilib

2019/10/10710-1571131941.jpg
Oxunub: 1589     19:31     15 Oktyabr 2019    