"NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq" - Esper

2019/07/32376-1563255605.jpg
Oxunub: 691     09:32     14 Oktyabr 2019    
"NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil".

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını şərh edərkən deyib.

O bildirib ki, Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqlərinə – onlarla birgə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilməzlər.

"Bizim üçün bu məsələ gündəlikdə deyil", - deyə Esper əlavə edib.

Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin "çətinləşə" biləcəyindən narahatlığını da ifadə edib: "Hazırda biz oradan azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir".

Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ aviasiyası 15 minlik türk qüvvələrinə mane olmayacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Esper  

"NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq" - Esper

2019/07/32376-1563255605.jpg
Oxunub: 692     09:32     14 Oktyabr 2019    