General Səməd bəy Mehmandarovun doğum gününə həsr olunmuş tədbir keçirilib

2019/10/48f83-1570887775.jpg
Oxunub: 2879     15:20     12 Oktyabr 2019    
"N" hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, anım mərasimində çıxış edənlər Səməd bəy Mehmandarovun şərəfli həyat və döyüş yolundan danışıb, dövrünün görkəmli şəxsiyyətlərindən biri, eləcə də tanınmış hərb xadimi kimi Azərbaycan xalqı üçün xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra tədbir iştirakçıları Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən bəhs edən videoçarx izləyiblər.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   AXC  

General Səməd bəy Mehmandarovun doğum gününə həsr olunmuş tədbir keçirilib

2019/10/48f83-1570887775.jpg
Oxunub: 2880     15:20     12 Oktyabr 2019    