Türkiyə sənayesi döyüş lazeri yaratma sahəsində uğurla irəliləyir - ARMOL lazer silahı (EKSPERT)

2019/10/72650-1570775597.jpg
Oxunub: 1996     10:39     11 Oktyabr 2019    
Türkiyə son 30 ildə əsasən terror təşkilatları ilə apardığı mübarizədə standart silahlardan istifadənin istənilən nəticəni qısa zamanda əldə etməyə imkan vermədiyini və xarici ölkələrdən silah asılılığını minimuma endirməyin vacibliyini nəzərə alaraq bir çox cəsarətli layihələrə üstülük verir. Nəzərə alsaq ki, Türkiyənin güc strukturları daha çox terror qruplaşmalarının fəaliyyətindən, xüsusilə pusqu və minalardan ziyan çəkir, digər tərəfdən isə artıq Yaxın Şərqdə PUA-lardan istifadə sıradan bir hala çevrilib, o zaman lazer silahlarının istehsalına bu qədər önəm verilməsinin səbəbi hər kəsə aydın olar. Hazırda ABŞ, Rusiya, İsrail, Çin, Hindistan, Türkiyə, Almaniya, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya lazer silahlarının yaradılması üçün fəaliyyətlərini genişləndirirlər. Digər inkişaf etmiş ölkələr kimi, Türkiyənin də döyüş lazeri hazırlamaq üçün bəzi layihələr həyata keçirdiyini daha əvvəllər qeyd etmişdik.

Lazer silahları məhvedici faktor olaraq lazer şüasından istifadə edir, onun hücum və ya müdafiə məqsədli silahlarda tətbiqi mümkündür. "Light Amplification by Stimulated Emission Radiation" (məcburi şüalanma nəticəsində işığın gücləndirilməsi) ifadəsinin baş hərflərindən ibarət olan "lazer", artıq cəmiyyətin bütün sahələrinə, o cümlədən müdafiə sənayesinə və Silahlı Qüvvələrə kifayət qədər sürətlə daxil olmaqdadır.

Lazer artıq radarlarda, tuşlanma, naviqasiya və rabitə sistemlərində tətbiq edilir. Artıq düşmən aviasiyasını, optik cihazlarını və nişangah sistemlərini sıradan çıxaran texnoloji cəhətdən mürəkkəb lazer silahları yaradılır. On il əvvəl düşmən təyyarələrini və ya tanklarını "ölümcül şüalarla yandırmaq" fantastika hesab edilirdisə, artıq bu gün bütün bunlar reallığa çevrilib. Bu layihələrdən biri də sentyabrın 29-da Türkiyədə reallaşdırılıb.

TÜBITAK BILGEM-dən ARMOL

ARMOL adlandırılan ilk yerli və Milli Lazer Silahı TSQ-nin qəbul sınaqlarını müvəffəqiyyətlə başa vurduqdan sonra Silahlı Qüvvələrin silahlanmasına qəbul edilib. Yeni Lazer Silahı, TÜBITAK BILGEM tərəfindən layihələndirilib və hazırlanıb.

TÜBİTAK-Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatıdır. BİLGEM (İnformasiya və İnformasiya Təhlükəsizliyi Qabaqcıl Texnologiyalar Tədqiqat Mərkəzi) isə informasiya, informasiya təhlükəsizliyi və qabaqcıl elektronika sahəsindəki araşdırmaları ilə Türkiyənin ehtiyacları üçün yeni və milli həllər təklif edən milli araşdırma və layihələndirmə (Ar-Ge) mərkəzidir.

TÜBİTAK BİLGEM-in təməli 1968-ci ildə "Elektron Tədqiqat Birliyi" (EAÜ) adı ilə qoyulub. Orta Doğu Texniki Universiteti Mühəndislik Fakültəsi binasında professor Yılmaz Tokadın başçılığı altında 5 tədqiqatçı ilkin çalışmalara başlayıb. Hazırda Türkiyənin ən yetkin Ar-Ge mərkəzi olan BİLGEM, Türkiyənin informasiya və informasiya təhlükəsizliyi sahəsində texnoloji müstəqilliyini təmin edən, hərbi və mülki məlumatların təhlükəsizliyini, bütövlüyünü, etibarlı bir şəkildə çatdırılmasını və saxlanmasını təmin edən yeni texnoloji layihələr həyata keçirən nəhəng bir şirkətdir. 40 ildən çox bilik, təcrübə və 1600-dən çox insan resursu ilə BİLGEM hazırda beynəlxalq standartlara uyğun elmi və texnoloji tədqiqatlar aparır.

BİLGEM-in əsas fəaliyyət istiqamətlərini araşdırma, layihələndirmə, sınaq və qiymətləndirmə, prototip istehsalı və təlim təşkil edir. Mərkəzin tərkibindəki 5 insitut müasir elektronika, informasiya texnologiyaları, kriptologiya, kiber təhlükəsizlik, proqram təminatı, informasiya təhlükəsizliyi, radioelektron mübarizə və telekommunikasiya sahələrində yüzlərlə uğurlu layihələrə imza atıb.

TÜBİTAK BİLGEM şirkəti informasiya və informasiya təhlükəsizliyi ehtiyaclarının qarşılanması üçün yalnız vahid və standart üsullara deyil, maraqlı tərəflərin ehtiyaclarını ödəyən xüsusi yeniliklərin tətbiq edilməsi prinsiplərinə üstünlük verir. BILGEM tərəfindən hazırlanan texnoloji yeniliklər NATO, Avropa və Asiya ölkələri tərəfindən geniş istifadə olunur.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank sentyabrın 29-da "Twitter" sosial şəbəkəsindəki hesabından ARMOL Milli lazer Silahının sınaqlardan müvəffəqiyyətlə keçdiyini açıqladı və bu sınaqlarla bağlı video paylaşdı.

Qəbul sınaqları ilə bağlı qısa yayımlanan video, qısa müddət ərzində sosial şəbəkərdə on minlərlə sayda insan tərəfindən izlənildi və paylaşıldı.

Təbii ki, yeni sınaqdan çıxan sistem haqqında geniş məlumatlar mövcud deyil, lakin dünyanın bir çox nüfuzlu KİV-ləri və internet resursları, xüsusilə hərbi sahədə ixtisaslaşan saytlar tərəfindən bu barədə xəbərlər dərhal dərc edildi.

2 dəqiqəlik təqdimat videosunda, Milli Lazer Silahının zirehli avtomobil üzərində sınaqları keçirildiyi nümayiş olunur. Videonun başlanğıcında lazerin polad lövhəni çətinlik çəkmədən dəldiyi aşkar gürünür. ARMOL Milli Lazer Silahının sınaqlarında istifadə edilən 22 mm qalınlığında polad lövhənin əslində döyüş gəmisinin zirehi olduğu bildirilir.

Lazer qurğusu partladıcı maddələri və ya minaları məsafədən zərərsizləşdirməyə, daha doğrusu onları partlatmağa və ya yandıraraq yararsız hala gətirməyə də qabildir. Paylaşılan videoda ARMOL, partlayıcı qurğunun kabellərini və onun əlaqəli olduğu minanı yandıraraq zərərsizləşdirir.

Növbəti hədəf müəyyən bir yüksəklikdə uçan PUA oldu. ARMOL lazer şüası təxminən 10 saniyə ərzində PUA-nı yandırdı və aparat yerə çırpıldı. Sonda isə bomba yerləşdirilən qutu məsafədən yandırıldı, bomba isə detonasiya edərək partladı.

Videonun ən diqqət çəkən tərəfi isə ARMOL Lazer Silahının uçan və hərəkət edən pilotsuz uçan aparatı sıradan çıxarması oldu. Bu xüsusiyyət ARMOL üçün geniş perspektivlər təmin edə bilər, yalnız ARMOL-un effektiv zərbə məsafəsinin PUA-ların optimal uçuş yüksəkliyinə çatdırılması vacibdir.

ARMOL Lazer Silahı hələlik 500-1000 metr məsafədə effektivdir, lakin texniki göstəricilərin yaxşılaşdırılması üçün çalışmalar davam edir.

Nəqliyyat vasitəsi üzərində quraşdırılan ARMOL əlavə olaraq gecə və gündüz kameraları, lazer məsafəölçəni və lazer hədəfgöstərəni (işıqlandırıcı) ilə təchiz edilir. ARMOL sistemində komanda idarəetmə kompüteri də yerləşir.

TÜBİTAK BİLGEM tərəfindən ARMOL Lazer Silahının milli lazer mənbəyi də hazırlanıb. ARMOL yüksək səviyyəli hədəf izləmə sisteminə və bu sistemin yerli proqram təminatına malikdir.

20 KVt gücündə lazer texnologiyasına sahib ARMOL 3 mm qalınlığında CK55 karbon poladından istifadə edilərək çox sağlam və davamlı dizaynda istehsal edilir.

TÜBİTAK BİLGEM layihə çərçivəsində, 20 kilovat gücə sahib Lazer Silahını 1.25 kilovat gücündə ərazi vasitəsi üzərinə yerləşdirməyə nail olub.

Hazırda layihənin inkişaf etdirilərək 20 kilovatt (4×5 kilovatt) lazer enerji təchizatı ilə 1500 metr məsafədə saniyədə 20 metr sürətlə hərəkət edən hava hədəfinin məhv edilməsi üçün çalışmalar davam edir.

Layihənin ilk mərhələsində ARMOL lazer Sistemi "Otokar" şirkətinin COBRA-1 zirehli maşını üzərinə inteqrasiya edilib. Sınaqlar da məhz bu maşının üzərinə yerləşdirilən ARMOL tərəfindən icra edilib. 400 kq-a yaxın kütləyə malik Lazer Silahının gələcəkdə hava vasitələrinə quraşdırılacağı gözlənilir. Dostlara inam, düşmənə qorxu verə biləcək ARMOL Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan və inkişaf etdirilən ən uğurlu layihələrdən biri hesab edilir. Türkiyənin müdafiə sənayesi ilə bərabər bir çox ölkələr gələcəyin silahları arasında yer alan lazer sistemlərini inkişaf etdirmək üçün intensiv çalışmalara davam edir.

ARMOL lazer sistemi böyük ehtimalla ilk növbədə pilotsuz uçuş aparatlarla mübarizə üçün hazırlanıb. Lakin onlardan döyüş əməliyyatları zamanı düşmənin rabitə qovşaqlarının, REM vasitələrinin, RLS-lərinin, elektro-optik vasitələrinin, bütün növ nişangah və kameralarının, minalı sahələrinin, məftilli maneələrinin, elektrik mənbəyi ola biləcək transformatorlarının, günəş panellərininin və s. kimi vacib obyekt və avadanlıqlarını sıradan çıxarmaq üçün də istifadə edilə bilər. Hərbi hissələrin, strateji obyektlərin mühafizəsi də zamanla lazer qurğuların funksiyalarına aid ediləcək.

Bir çox müdafiə sənayesi mühəndislərinin "ARMOL kimi potensiala malik döyüş lazerlərini qırıcı təyyarələrə və döyüş helikopterlərinə yerləşdirmək mümkündür" kimi fikirləri ilə razılaşmamaq doğru olmazdı, çünki lazer şüası raketlərin optik tuşlama başlıqlarına qarşı mübarizədə böyük imkanlara malikdir. Hətta indiki göstəriciləri ilə bu silahlar Azərbaycan Ordusunun bir çox tələbatlarını ödəməyə qadirdir və bunu nəzərdən keçirilməsi faydalı ola bilər. Düşmənin optik elektron vasitələri və termal kameraları ilə mübarizədə, həmçinin antisnayper fəaliyyətlərində ARMOL-dan effektiv nəticələr əldə etməyə dəyər.

Sistemin özünü təsdiqlənməsi və komponentlərin inteqrasiyası kimi fəaliyyətləri özündə cəmləşdirən layihənin birinci mərhələsi, ARMOL Lazer Silahının TSQ silahlanmasına qəbulu ilə artıq tamamlanıb.

Bu ilin sonuna qədər isə ASELSAN tərəfindən hazırlanan Hədəf İzləmə Sisteminin ARMOL sisteminə inteqrasiyasının başa çatdırılması gözlənilir. Layihənin ikinci mərhələsi Lazer Sistemi və ARMOL-un inkişafına, onun effektivliyinin artırılmasına, istifadə olunan komponentlərinin tam yerli istehsalına həsr olunacaq.

TÜBİTAK BİLGEM ilə bərabər Türkiyə Müdafiə Sənayesi rəhbərliyinin koordinatorluğu ilə həyata keçirilən Yüksək Güclü Lazer Sisteminin İnkişafı Layihəsi çərçivəsində, quruda, dənizdə və havada təhlükə yaradan sabit və ya hərəkətli hədəfləri aşkarlayan, izləyən və məhv edən, dəqiqliyi yüksək, atəş xərcləri aşağı və yüksək gücə malik yeni lazer silahlarının yaradılması planlaşdırılır.

TÜBİTAK BİLGEM-dən TÜMOL

ARMOL heç də TÜBİTAK BİLGEM mütəxəssislərinin hazırladığı ilk lazer silahı deyil. Bu il mayın 2-də Ordu.az şirkət mütəxəssisləri tərəfindən milli MPT-76 tüfənglərində quraşdırıla biləcək TÜMOL lazer qurğusunun hazırladığı barədə məlumat vermişdi. TÜMOL-dan başqa Yüksək Güclü Lazer Teleskopu (YGLT), zirehli avtomobilə quraşdırlan ARMOL lazer silahı da İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-2019 çərçivəsində ziyatətçilərə ilk dəfə təqdim edilmişdi. TÜMOL barədə sonradan geniş analiz hazırlansa da, ARMOL tam hazır olmadığı üçün onun təhlili ləngimişdi.

Lazer silahının müsbət və mənfi cəhətləri

Lazer silahların əsas üstünlükləri işıq sürəti ilə dərhal hədəfə çatması və onu dəqiqliklə məhv etməsindən, hədəfin qısa müddət ərzində məhv edilməsindən sonra atəşin başqa hədəfə keçirilməsinə minimum zaman tələb olunmasından, şüaların ətrafdakı elementlərə və obyektlərə təsir etmədən yalnız yönəldildiyi sahəyə təsir göstərməsindən, ondan yayınmağın mümkün olmamasından, sursat probleminin aradan qalxmasından və s. ibarətdir. Lazer şüasının kütləsi yoxdur, buna görə atəş açarkən küləyin istiqamətini və gücünü nəzərə almağa, ballistik düzəlişlər etməyə gərək qalmır. Geri təpməyə malik olmayan lazer qurğusundan atəş zamanı tüstü, atəş və ya güclü səs kimi maskalanmanı pozan amillər müşayiət edilmir.

Lazerdən yalnız məhvetmə üçün deyil, həmçinin hədəfi "kor etmək" və ya aşkarlamaq üçün də istifadə edilə bilər. Lazer gücünün nizamlanması yolu ilə hədəfə çox geniş bir sahədə - xəbərdarlıq etməkdən tutmuş, ciddi xəsarət yetirməyə qədər təsir göstərmək mümkündür.

Lazer sursatlarının döyüş dəsti yalnız enerji qaynağı gücü ilə müəyyənləşdirilir. Lazer mənbəyə bağlı olduğu müddət ərzində onun "mərmiləri" heç vaxt tükənmir. Sursatlar nisbətən daha sərfəli qiymətə başa gəlir.

Lazer silahların bəzi çatışmazlıqları da mövcuddur. Onların arasında səpələnməni, düman, tüstü, qar və ya yağış kimi təbii maneələri, üfüq arxası hədəflərə atəş açmağın mümkünsüzlüyünü qeyd etmək olar. Lazer yalnız düzxətt üzərində və birbaşa görüntü sahəsində yerləşən hədəfə təsir edə bilir. Bir neçə hədəflə paralel mübarizə aparmaq imkanı yoxdur.

Lazerin fərqli tətbiqi

Bu tip silahlar digər dövlətlərin də sənaye şirkətləri tərəfindən istehsal edilir. 2019-cu ilin fevral ayında Çin alimləri də mikrodalğaların köməyi ilə böyük ağrılara səbəb olan, lakin insanı öldürməyən (qeyri-letal) silah hazırladıqlarını bildirdilər.

Donbasda seperatçılar tərəfindən ukraynalı şəxsi heyətin görmə imkanlarına zərər gətirən, bəzən isə onları görmədən təmamilə məhrum edən lazer silahından istifadə faktları da məlumdur.

2016-cı ildən sonra işğalçı Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən bölmələrinin də silahlanmasında lazer silah qeydə alınıb. Bütün bunlar, o cümlədən Türkiyənin bu sahədə əldə etdiyi nailiyyətlər, yerli müdafiə sənayemizin də, artıq lazer silahlarının və onlarla mübarizə apara biləcək avadanlıqların hazırlanması barədə dərindən düşünməsinə əsas verir.

Mənbələr:

https://www.dailysabah.com/russian/business/2019/09/30/%D0%BB%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%BD%D0%BE%D0%B5-%D0%BE%D1%80%D1%83%D0%B6%D0%B8%D0%B5-armol-%D1%83%D1%81%D0%BF%D0%B5%D1%88%D0%BD%D0%BE-%D0%BF%D1%80%D0%BE%D1%88%D0%BB%D0%BE-%D1%82%D0%B5%D1%81%D1%82%D1%8B-%D0%B4%D0%BB%D1%8F-%D0%B2%D1%81-%D1%82%D1%83%D1%80%D1%86%D0%B8%D0%B8
https://www.haberturk.com/milli-lazer-silahi-armol-tsk-envanterine-girmeye-hak-kazandi-2526490
https://bilgem.tubitak.gov.tr/tr/haber/araca-monte-milli-lazer-sistemi-armol
https://twitter.com/i/status/1178369803347746819
https://www.defenceturk.net/tsk-envanterine-katilan-lazer-silahi-armol
https://bilgem.tubitak.gov.tr/tr/kurumsal/biz-kimiz

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ARMOL   Bilgem   Türkiyə   Lazer-silahı  

Türkiyə sənayesi döyüş lazeri yaratma sahəsində uğurla irəliləyir - ARMOL lazer silahı (EKSPERT)

2019/10/72650-1570775597.jpg
Oxunub: 1997     10:39     11 Oktyabr 2019    