Ordu.az xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təlimlərə yüksək hündürlükdən uçan MiQ-31, çoxməqsədli Su-35Ss və Su-34 bombardmançı qrupları cəlb edilib.
“9000 metrdən çox hündürlükdə Su-30SM qırıcılarının ekipajları xüsusi hədəflərə atəş açıblar”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.
Təlimlər zamanı cəmi 30-dan çox uçuş missiyası yerinə yetirilib.
Sevinc Əliyeva
Ordu.az