“1 Mart” hadisələri zamanı öldürülmüş snayperin qətlinin üstü açılmayıb - ƏTRAFLI

2019/10/timth-1570696270.jpg
Oxunub: 1450     20:30     10 Oktyabr 2019    
Ermənistanın Vanadzor vilayətinin kriminal avtoriteti “Şalo” ləqəbli Şaliko Manuçaryana qarşı sui-qəsd cəhdinin təşkil edilməsi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iş tezliklə məhkəməyə göndəriləcək.

Təsdiqlənməmiş, lakin dəqiq məlumatlara görə, iş “1 Mart” hadisələrində xüsusi təyinatlı dəstənin üzvü snayper Yevgeni Kaçakın ölümü ilə əlaqəli olduğu üçün böyük ictimai maraq doğurur.

İbtidai istintaq zamanı istintaq orqanı mütəmadi olaraq Kaçakın qətlini onun dostu keçmiş karate məşqçisi Samvel Ayvazyanla əlaqələndirmək istəsə də, buna nail ola bilməyib. Snayperin qətlinin üstü açılmayıb və açılmasına da ümid yoxdur.

“1 Mart” hadisələrindən sonra Ermənistandan getmək barədə təlimat almış Kaçak, Qazaxstanda yaşayırdı. O, Ermənistana, yüksək vəzifəli polislərin xəbərdar olması və icazəsi ilə ermənistanlı arvadının yanına gəlirdi. Onun Qazaxstanda da ailəsi olub.

Ömrünün son günlərinədək Jenya Kaçak Ermənistan Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin xüsusi təyinatlı dəstəsi və polis qoşunlarında qeydiyyatda olub.

Sonuncu dəfə 2017-ci ildə Vanadzorlu kriminal avtoritet Şaliko Manuçaryana qarşı sui-qəsd həyata keçirmək üçün Ermənistana gəldiyi barədə irəli sürülən versiya heç cür təsdiqini tapmır. İbtidai istintaq materiallarında yeganə əsas hüquq mühafizə orqanlarının yazdığı hansısa əməliyyat qeydləri hesab edilir. Bu qeydlərin istintaqın başqa istiqamətdə aparılması və snayperin qətlinin üstünün açılmaması məqsədilə yazıldığı istisna edilmir.

Vanadzorlu kriminal avtoritet Şaliko Manuçaryana qarşı sui-qəsd həyata keçirilməsinin təşkilində ittiham edilən “Kiokuşin” federasiyasının sədr müavini, keçmiş karate məşqçisi Samvel Ayvazyan da xüsusi təyinatlı dəstənin üzvü olub. Cinayət materiallarına görə Kaçakı xaricdən dəvət edib və Şalikonun qətlə yetirilməsi işini sifariş edib. Bu sifarişə görə 15 min dollar ödəsə də, sifarişin yerinə yetirilmədiyi qeyd edilir.

İstintaq Komitəsi, hadisələrdən təxminən bir il sonra, 2018-ci il noyabrın 9-da bu barədə qeyri-müəyyən bir bəyanat yayıb.

“İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, 2017-ci ildə bir qrup şəxslər tərəfindən Vanadzor sakini, kriminal avtoritet hesab edilən şəxsin qətlinə hazırlıq görülüb. Bu qətlin yerinə yetirilməsi üçün Ermənistan vətəndaşı olan, lakin son zamanlar xaricdə yaşayan snayper Ermənistana dəvət edilib. Snayper 2017-ci ilin 19 aprel tarixində Ermənistana gəlib. İlk öncə bir neçə gün hava limanı yaxınlığındakı qonaqlıqlardan birində qalıb. Daha sonra cinayət ortağı ilə birlikdə 24 aprel tarixində Vanadzora gəlib və əvvəlcədən kirayələnmiş evdə qalıb.

2017-ci il 27-28 aprel gecəsi kirayələnmiş mənzildə müxtəlif bədən xəsarətləri ilə snayperin cəsədi aşkar edilib. İstintaq yolu ilə müəyyən edilib və sübut olunub ki, törədilən qətlin, həmçinin kriminal avtoritetin qətlinə hazırlıq izlərini gizlətmək məqsədilə cinayət ortağı tərəfindən qətlə yetirilən şəxsin meyiti Vanadzordan İrəvana gətirilib”, - deyə bəyanatda qeyd olunub.

İstənilən halda, vanadzorlu kriminal avtoriteti öldürmək niyə mümkün olmur?

Bax, bu məqamdan dolaşıq bir tarixçənin naməlum aktorlarla roluna dair istintaq hekayəsi başlayır.

Çoxmənzilli binanın 6-cı mərtəbəsində yerləşən Şaliko Manuçaryanın mənzilinə guya kriminal aləmin hansısa nümayəndələri gəlir, telefonla səsləndirilən söyüş və təhqirlərə görə mübahisə başlayır.

Həmin vaxt eyni binanın 1-ci mərtəbəsində partlayış baş verir və sui-qəsdin yerinə yetirilməsinə mane olur. 3-4 ay keçdikdən sonra ehtimal olunan “killer” Jenya Kaçakı Vanadzorda ölü halda tapırlar. Kaçak qəflətən ölüb, yoxsa onu öldürüblər? Cinayət məsələsi bugünədək naməlum olaraq qalır.

İbtidai İstintaq orqanı bir ildən artıqdır ki, Jenya Kaçakın qətlini fasiləsiz olaraq Samvel Ayvazyanla əlaqələndirməyə çalışıb. Ancaq müstəntiqlər buna nail ola bilməyiblər.

“İş üzrə sübut edilib ki, Kaçak Vanadzorda öldüyü həmin vaxt Samvel Ayvazyan İrəvanda olub”, - deyə Ayvazyanın vəkili Qurqen Hovhanisyan bildirib.

O, hazırda ibtidai istintaq orqanının materialları ilə tanış olmaqdadır. Vəkil əmindir ki, hüquqlarını müdafiə etdiyi Ayvazyanın kriminal avtoritet Şaliko Manuçaryana qarşı sui-qəsd cəhdinə hazırlıq işlərinin təşkil edilməsinə aidiyyəti barədə prokurorluğun hər hansı sübutu yoxdur.

“Samvel Ayvazyanın və Jenya Kaçakın Şaliko Manuçaryanı qətlə yetirilməsini təşkil etmək istədiklərinə dair hər hansı sübut yoxdur. Hər hansı şəxslə müəyyən problemlərinin varlığı barədə 100 üsulla Şaliko Manuçaryana verilən sualları rədd edib. O deyib ki, bilmirəm, tanımıram və o şəxsin kim olduğunu bilmir. Qurma, saxta ittihamdır. Qətlə hazırlıq deyə bir şey mövcud deyil, sadəcə Kaçakı kimin öldürdüyünü tapa bilmirlər. Onun qətlinin üstünü açmamaq üçün 4 cinayət işi icad etdilər”, - deyə vəkil qeyd edib.

Müstəntiqlər Samvel Ayvazyanın həbs müddətini 5 dəfə uzadıblar. Hər dəfə bunu məhkəməyə təqdim ediməyən, yeni məqamlarla əsaslandırıblar. Vəkil Qurqen Hovhanisyan həbs qərarlarına qarşı apellyasiya şikayəti verib.

“4-cü həbs müddəti barədə apellyasiya şikayətinin istintaqı hələ aparılmayıb, eyni zamanda 5-ci həbs müddətinin apellyasiya şikayətinə baxılması da hələ baş tutmayıb”, - deyə vəkil bildirib.

Ayvazyana qarşı yeganə ifadə verən şəxs mərhum Kaçakın həyat yoldaşı olub.

“Onu xaricdən gətiriblər. O, açıq-aydın təlimatlandırılmış şahiddir. Bundan əlavə, onun ifadələrində kriminal avtoritetin adı hallanmır. O, hansısa vəzifəli şəxsə qarşı təşkil edilən əməliyyat haqqında danışır. Biz onu dindirəcəyik və hər şeyi aydınlaşdıracağıq”, - deyə vəkil Hovhanisyan qeyd edib.

Beləliklə, Kaçakın qətlinin ütsü açılmayıb. Onun “1 Mart” hadisələrində atəş edən snayperlərdən biri olması barədə yayılan məlumatları isə istintaq orqanı inkar etməyib. Eyni zamanda “1 Mart” snayperinin qətlinin üstünün açılması istiqamətində istintaq orqanı hər hansı səy göstərmir. Yaxud bu səylər o qədər əhəmiyyətsiz və nəticəsizdir ki, şübhələrə əsas verir.

Aydındır ki, “1 Mart” hadisələrinin snayperinin qətlinin üstünün açılması heç kimə lazım deyil.

Bununla da Yevgeni Kaçak, keçmiş polis rəisi general-polkovnik Hayk Harutyunyan kimi “1 Mart” hadisələrində vacib şahidlərdən biri ola bilərdi. Onlar həqiqətən də sirli bir şəraitdə öldülər, yaxud öldürüldülər. “1 Mart” hadisələrində xüsusi şahidlərdən biri olan, ikinci prezident Robert Köçəryanın təhlükəsizlik xidmətinin rəhbəri Qriqori Sarkisov da sağ deyil. Ağır xəstəlikləri ilə əlaqədar olaraq Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Qorik Hakobyan, Azadlıq meydanı əməliyyatına cavabdeh Ermənistan polis rəisinin keçmiş müavini Armen Yeritsyan da ölüblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Snayper   Cinayət  

“1 Mart” hadisələri zamanı öldürülmüş snayperin qətlinin üstü açılmayıb - ƏTRAFLI

2019/10/timth-1570696270.jpg
Oxunub: 1453     20:30     10 Oktyabr 2019    