Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsinin yaradılmasının 28-ci ildönümü qeyd olunub - FOTOLAR

2019/10/w_161-1570619739.jpg
Oxunub: 702     15:14     09 Oktyabr 2019    
Oktyabrın 9-u Azərbaycan Milli Ordusunun müasir hərb tarixinə şərəfli səhifələr yazan 701 saylı ilk hərbi hissənin yaradıldığı gündür. Bu hərbi hissə 1991-ci il oktyabrın 28-də yaradılıb.

Bu münasibətlə 701 saylı hərbi hissənin müharibə veteranları şurasının üzvləri, hərbi hissənin keçmiş döyüşçüləri, veteranlar oktyabrın 9-da Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə 701 saylı hərbi hissənin sabiq komandiri, hərbi hissənin müharibə veteranları şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək hərbi hissənin yaranma tarixindən, keçdiyi şanlı döyüş yolundan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan ilk hərbi birləşmə - 701 saylı hərbi hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində sovet ordusuna məxsus 18110 saylı hərbi hissənin əsasında yaradılıb və Qarabağda döyüşlərə başlayıb. Hərbi hissənin əsas özəyini vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil ediblər. Sonralar Müdafiə nazirinin əmri ilə 18110 saylı hərbi hissə 701 saylı briqada adlandırılıb. Briqada Şuşa rayonunun kəndlərinin, Ağdərənin, Kərkicahanın, Tərtərin, Xocalının, Kəlbəcərin müdafiəsi uğrunda döyüşlərdə, Daşaltı əməliyyatında, Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib. 701 saylı briqada Laçın və Kəlbəcər rayonlarında gedən ağır döyüşlərdə itkilər verməsinə baxmayaraq, yüksək əzmkarlıq, qəhrəmanlıq və rəşadət göstərib. Ümumiyyətlə, briqada Qarabağ müharibəsində ən gərgin nöqtələrdə vuruşaraq düşmənə qarşı igidliklə mübarizə aparıb.

Diqqətə çatdırılıb ki, briqada Laçın və Kəlbəcər rayonlarının müdafiəsi zamanı dağlıq ərazilərdə döyüşlər apararaq iki ay müvəffəqiyyətlə müdafiə olunub, dinc sakinlərin təxliyəsinə şərait yaradıb. Çoxlu sayda şəhid verən briqadanın şəxsi heyəti müxtəlif fəxri adlar və mükafatlarla təltif olunub. Belə ki, 4 nəfər “Azərbaycan Milli Qəhrəmanı” adına, 11 nəfər “Azərbaycan Bayrağı” ordeninə, 18 nəfər isə “İgidliyə görə” medallarına layiq görülüb.

Hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlu, hərbi hissənin digər zabit və əsgərləri çıxışlarında işğal altındakı torpaqlarımızı erməni tapdağından azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər. Çıxışlarda briqadanın keçdiyi döyüş yolundan söhbət açılıb, hərbçilərimizin göstərdikləri qəhrəmanlığın təbliğinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində vacib rol oynadığı vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsinin yaradılmasının 28-ci ildönümü qeyd olunub - FOTOLAR

2019/10/w_161-1570619739.jpg
Oxunub: 703     15:14     09 Oktyabr 2019    