S-300 ailəsi və Ermənistana nisbətdə Azərbaycana verilmiş ən son model - HƏRBİ EKSPERT (I YAZI)

2019/10/345-1570625660.jpg
Oxunub: 2660     12:43     10 Oktyabr 2019    
SSRİ/Rusiya Zenit Raket Sistemlərinin S-300 ailəsinə məxsus sistemlərin inkişafına 1960-cı illərdə başlanıb. SSRİ Silahlı Qüvvələrinin ölkənin səmasını idarəolunan raketlərin və digər uçan vasitələrin kütləvi hücumlarından qorumağa qadir olan çoxqanallı orta mənzilli sistemlərin formalaşdırılmasına olan tələbatı bu silahların yaradılması ilə nəticələndi. Hava Hücumundan Müdafiə və donanma üçün sistemlər əsasən təyyarə və qanadlı raketləri, quru qoşun variantı isə raket əleyhinə müdafiəni təmin etmək üçün daha çox ballistik hədəfləri ələ keçirmək və məhv etmək imkanına malik olmalı idi.

Texniki şərtlər sistemin üç variantının - Hava Hücumundan Müdafiə üçün S-300P, Quru Qoşunları üçün S-300V və Hərbi Dəniz Qüvvələri üçün S-300F gəmi versiyalı sisteminin inkişafını nəzərdə tuturdu. Onların inkişafı əsas tərtibatçı "Almaz-Antey" aerokosmik müdafiə konserni və onun tərkibinə daxil olan müəssisələr tərəfindən həyata keçirildi.

S-300 (ABŞ və NATO təsnifatına görə modelləri SA-10 "Grumble", SA-12 "Giant"/"Gladiator", SA20 "Gargoyle" adlandırılır) Zenit Raket Sisteminin (ZRS) seriya istehsalına 1975-ci ildə başlanıb. 1978-ci ildə sistemin sınaqları tam başa çatıb. 1979-cu ildən S-300 Zenit Raket Sistemi SSRİ HHM qoşunlarında silahlanmaya qəbul edilib və döyüş növbətçiliyinə cəlb edilib.

S-300 təyinatı

1979-cu ildən SSRİ tərəfindən silahlanmaya qəbul edilən S-300 orta mənzilli zenit raket sistemi böyük sənaye və inzibati obyektlərini, hərbi bazaları və mərkəzi idarəetmə məntəqələrini düşmənin hava hücumlarından müdafiə etmək üçün hazırlanıb. Sistem ballistik və qanadlı raket kimi hədəflərlərlə də mübarizə apara bilir.

Bu vasitələr çox sayda düşmən hədəfini paralel izləmə və eyni anda məhv etmək qabiliyyətinə malik ilk çoxkanallı Zenit Raket Sistemləridir. S-300 əməliyyat-taktiki və ballistik raketlərə qarşı mövcud olan raket əleyhinə müdafiə vasitələri arasında ilk zenit raket sistemləri hesab edilir.

Raketlərin orijinal döyüş təchizat sxemi mövcuddur. Partlayışın ağır qəlpələri və yüksək kinetik enerjisi məhdud iti bucaq altında yönəldilir ki, bu da qəlpələrin enerji axınının sıxlığını əhəmiyyətli dərəcədə artırır və hədəfin raketlə görüşmə bucağından asılı olmayaraq həm hədəfin, o cümlədən döyüş başlığının tam məhv edilməsini təmin edir.

Fərqli modelləri

1979-ci ildə ilk variant qoşquda daşınan S-300PT versiyasında silahlanmaya qəbul edildi. Sistemin bütün elementləri avtomobillər tərəfindən daşınan təkərli nəqliyyat qoşquları üzərinə yerləşdirildi.

S-300PT hava hücumundan müdafiə sistemlərinin istehsalı 1980-ci illərin əvvəllərinə qədər davam etdi. 1980-ci illərin ortalarında sistem S-300PT-1 təyinatını alaraq bir sıra modernləşdirmələrə məruz qaldı. 1982-ci ildə Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən S-300S tipli özüyeriyən versiya silahlanmaya qəbul edildi.

Elmi Tədqiqat Elektromexaniki İnstitutu tərəfindən hazırlanan S-300V uzaqmənzilli Zenit Raket Sistemi 1983-cü ildə istifadəyə verildi.

Hazırda "Almaz" konserninin tərkibinə daxil olan "Altair" Dəniz Elmi-Tədqiqat Radioelektronika İnstitutu tərəfindən hazırlanan S-300F dəniz versiyası isə 1984-cü ildə istifadəyə verildi.

S-300V tipli hava hücumundan müdafiə sistemləri tırtıllı, S-300P isə təkərli bazada yerləşdirildi.

İnkişaf prosesində S-300P və S-300V tədricən imkanları sintez edilərək "mutasiyaya" uğradı. Təyyarə əleyhinə S-300P tədricən taktiki ballistik raketlərə qarşı mübarizə imkanlarını mənimsədi: "Favorit" S-300PMU2 daha sürətlə uçan ballistik hədəfləri vurmaq, S-300V isə aerodinamik hədəflərə qarşı əlavə imkanlar qazana bildi.

S-300V sisteminin ən məşhur yenilənən versiyası mobil və çoxkanallı S-300VM "Antey2500" (NATO terminologiyasına görə SA23 "Gladiator") sistemidir. Bu sistemlər müasir və perspektivli taktiki və strateji təyyarələri, o cümlədən stels texnologiyalıları, orta mənzilli ballistik raketləri, əməliyyat-taktiki və taktiki raketləri, aeroballistik və qanadlı raketləri, radiolokasiya və tuşlama təyyarələrini, kəşfiyyat-zərbə sistemlərini, gəzən maneə mənbələrini məhv etmək üçün hazırlanır.

Venesuelaya təhvil verilən sistemin eyni növ raketi 2 variantda mövcuddur, yəni paralel olaraq həm hava, ham də ballistik hədəflərə qarşı mübarizə apara bilən raketlərlə təchiz edilir. İxrac qiyməti 1 milyard dollar olan sistemin atəş məsafəsi 200 km-ə qədərdir (digər mənbələrə görə 250 km-ə qədər), sistem eyni vaxtda 24 hava və ya 16 ballistik hədəfə qarşı mübarizə apara bilir.

İstifadəçilər

S-300 Zenit Raket Sistemlərinin müxtəlif versiyaları Rusiyadan başqa Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Bolqarıstan, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Yunanıstan, Şimali Koreyan, Suriya, Slovakiya və Ukraynanın silahlanmasında mövcuddur. Ermənistan bu sistemlərin PT tipli baza və PS, Azərbaycan isə son modernləşdirilən PMU2 versiyasından istifadə edir.

Azərbaycanın S-300 sistemləri

Ölkəmizin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının əsas döyüş vahidlərindən hesab edilən 2 ədəd S-300 PMU2 "Favorit" zenit raket divizionu 2010-cu ildə Rusiyadan əldə edilib. Sistemlər ballistik və aerodinamik hədəfləri məhv etmək imkanına malikdir.

S-300 PMU2 uzaq mənzilli zenit-raket divizionları, paytaxt Bakı və Xəzər dənizi akvatoriyasındakı strateji idarəetmə obyektləri ilə yanaşı, Azərbaycanın əsas və ehtiyat aviabazalarının, sursat anbarlarının və hərbi dəniz bazalarının hava hücumundan və taktiki raket zərbələrindən müdafiəsini təşkil edir. Azərbaycan HHM qoşunlarının S-300PMU2 hava hücumundan müdafiə sistemlərinin optimal sayda atıcı qurğularını döyüş növbətçiliyinə cəlb etdiyi ehtimal olunur.

Neft ixracından Azərbaycana daxil olan ciddi vəsaitlər, ölkə rəhbərliyinə hava hücumundan müdafiə qoşunlarının silahlanmasında yer alan SSRİ istehsalı vasitə və texnikalarının modernləşdirilməsi və dəyişdirilməsi məqsədilə böyük maliyyə vəsaitləri ayırmağa imkan verdi. 2007-ci ildə Azərbaycan, Rusiyadan hər birində 8 ədəd (standart dəstdə 6 ədəd olur) atıcı qurğu və 200 ədəd 48N6E2 tipli idarəolunan zenit raketi olan iki ədəd S-300PMU2 "Favorit" hava hücumundan müdafiə divizionunun alınması üçün 300 milyon dollar dəyərində müqavilə imzaladı. Sistemlərin tədarükü 2010-cu ilin yayında başlandı və 2012-ci ildə tam başa çatdı. Bu sistemləri istifadə edəcək heyətlər də Rusiyada hazırlandı.

İlk dəfə 2011-ci ilin iyunun 26-da Bakıda keçirilən hərbi parad zamanı 3 ədəd 5P85TE2 tipli atıcı qurğudan, 2 ədəd 5T58 nəqliyyat yükləmə vasitəsindən və 1 ədəd 30N6E2 tipli tuşlama və işıqlandırma RLS-dən ibarət S-300PMU2 "Favorit" sistemi ictimaiyyətə nümayiş etdirildi.

Bəzi mənbələr bu sistemlərin əvvəlcə İran üçün nəzərdə tutulduğunu, lakin ABŞ və İsrail təzyiqlərinə görə İranla müqavilənin ləğv edildiyi üçün artıq bir hissəsi hazır olan hava hücumundan müdafiə sistemlərinin Azərbaycana satılması barədə qərarın qəbul edildiyini vurğulayırdı. Lakin sonradan bu sistemlərin həm də İranda peyda olması mövcud iddiaların doğru olmadığını sübut etdi.

S-300PMU2 "Favorit" Rusiyanın S-300PM2 hava hücumundan müdafiə sisteminin ixracat (NATO təyinatı SA20b "Gargoyle b") modifikasiyasıdır. 1997-ci ildə S-300PMU1 sisteminin yeni modifikasiyası kimi təqdim edilən sistemin atəş məsafəsi 200 km-ə qədər artırılıb. 10 metrdən 27 km-ə qədər yüksəklikdə uçan hədəflər sistemin aktiv məhvetmə zonasına daxildir. EPR (görünmə) əmsalı minimuma, 0,02 m²-ə qədər azaldılıb. Sistem üçün yeni 48N6E2 raketi hazırlanıb. Bu sistem əvvəlki versiyalardan fərqli olaraq yalnız qısa mənzilli ballistik raketlərlə deyil, taktiki orta mənzilli ballistik raketlərlə də mübarizə apara bilir.

S-300PMU2 sisteminin tərkibinə aşağıdakılar daxildir:

- 83M6E2 idarəetmə sisteminin komanda məntəqəsi;
- 6 ədəd 90J6E2 tipli ZRK;
- 48N6E2 idarə olunan zenit raketləri;
- S-300PMU-1 sistemi ilə eyni olan texniki dəstək vasitələri.

83M6E2 idarəetmə sisteminin komanda məntəqəsi müxtəlif mənbələrdən hava vəziyyəti haqqında məlumat alır və onları təhlil edir, atəş bölmələrinin döyüş əməliyyatlarını idarə edir, hava hücumundan müdafiə zonasının rəhbərliyindən əmr və hava obyektləri haqqında məlumatlar alır. Onun tərkibinə 54K6E2 döyüş idarəetmə məntəqəsi daxildir. Bu məntəqə avtomatik olaraq hədəfin hərəkət trayektoriyasının parametrlərini (məsafə, sürət, hündürlük, istiqamət), dövlət mənsubiyyətini, hava obyektinin növünü və təhlükəlilik dərəcəsini, hər bölmə üçün atəş şərtlərini və sursat dəstini nəzərə almaqla onlar arasında hədəflərin optimal paylanmasını müəyyənləşdirir. 54K6E2 döyüş idarəetmə məntəqəsi istənilən birləşmədə S-300PMU2, S-300PMU1, S-300PMU, S200VE hava hücumundan müdafiə sistemlərini idarə etməyə qadirdir. 54K6E2 eyni zamanda 36 ədədə qədər hədəfə 72 ədədə qədər raketin tuşlanmasını təmin edə bilir. Eyni vaxtda aşkar olunan hədəflərin sayının 300-ə, eyni vaxtda izlənilən hədəflərin sayının isə 100-ə qədər olduğu məlumdur. S-tezlikli ikifazalı anten çərçivəli tam avtomatik üçkoordinatlı müşahidə tipli RLS-dir, komanda məntəqəsini 300 km radiusda hava obyektləri haqqında yüksək keyfiyyətli məlumatla təmin edir. Daxili rabitə kanalları vasitəsilə bu məlumat hər ZRK tərəfindən istifadə olunur.

Hər 90J6E2 Zenit Raket Kompleksinə daxildir:

- 30N6E2 çoxfunksiyalı işıqlandırma və tuşlama RLS-i. Bu radar hədəfləri axtarır, aşkarlayır, avtomatik izləməni təmin edir, zenit raketlərinin hazırlanması və buraxılması ilə əlaqədar bütün əməliyyatları yerinə yetirir, həmçinin atəş nəticələrini qiymətləndirir. 30N6E2 radarının anten postu xüsusi 40V6M mobil qüllə üzərində də quraşdırıla bilər.

- 5P85SE, 5P85TE tipli 12 atıcı qurğu. 5P85SE (5P85TE) şaquli atıcı qurğular raketlərin saxlanmasını, daşınmasını və buraxılmasını təmin edir. Hər birində 4 ədəd 48H6E2 (48H6E) zenit raketi mövcuddur. Raketlər hava keçirməyən konteynerlərdə 10 il müddətində texniki xidmət tələb etmir. 48N6E2 raketi yüksək manevr və həddindən artıq yüklənmə qabiliyyətinə malikdir. S-300 sisteminin əvvəlki versiyalarında olduğu kimi, raket buraxılışı barıt katapultundan istifadə edərək şaquli olaraq həyata keçirilir. Təxminən 25 m yüksəklikdə isə raketin 1900 m/s qədər sürətlənməsini təmin edən mühərrik işə salınır.

- 96L6E yüksək hündürlüklü aşkarlama qurğusu avtomatik olaraq 30N6E2 çoxfunksiyalı işıqlandırma/tuşlama RLS-ini və 83M6E2 idarəetmə sisteminin komanda məntəqəsini istənilən istiqamətdən uçan təyyarələr və qanadlı raketlərlə əlaqədar hava vəziyyəti haqqında məlumatlandırır.

Geniş bazalı siqnalların adaptiv istifadəsi RLS-ə həm aşağı, həm orta, həm də yüksək hündürlükdəki hədəflərin yüksək effektivliklə aşkarlanmasına imkan verir. 96L6E yüksəklik aşkarlama qurğusu hədəflərin dövlət mənsubiyyətini və siniflərini tanıyır, havadan hədəflərinin marşrutlarını izləyir, bütün aşkar edilən hava obyektləri haqqında radio kanal, kabel kanalı və ya fiber optik rabitə xətti ilə istehlakçılara məlumat verir. 96L6E qurğusu S-300PMU, S-300PMU1, S-300PMU2 sistemlərinin bir hissəsi kimi, o cümlədən bir divizion tərəfindən hərbi əməliyyatlar aparılarkən aşağı hündürlüklü aşkarlama, müşahidə RLS-i, radiotexniki və zenit raket bölmələrində döyüş RLS-i kimi də istifadə edilə bilər.

96L6E yüksək hündürlüklü RLS-dən başqa, 76N6 aşağı hündürlüklü RLS və 30N6E2 işıqlandırma və tuşlama radarı üçün mobil qüllə də sistemin tərkibinə sifarişlə əlavə edilə bilər. Əvvəllər buraxılan S-300PM və S-300PMU1 sistemləri S-300PMU2 səviyyəsinə qədər modernləşdirilə bilir.

MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılan bu komplekslər mobildir və ciddi manevr imkanlarına malikdir. Atəşdən sonra sürətlə yerini dəyişən maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi 5 dəqiqə zaman tələb olunur.

S-300PMU2 sistemi hava hücumları barədə xəbərdarlıq edilərkən, hava hədəflərinin 200 km-ə qədər məsafədə, strateji olmayan ballistik raketlərin isə 40 km-ə qədər məsafədə məhv edilməsinə; sistemə aid qurğularının modernləşdirilməsinə, raketlərin idarə olunmasının və tuşlanmasının yeni alqoritmlərinin tətbiqinə, modernləşdirilən 48N6E2 döyüş sursatlarının istifadəsinə, HHM qruplaşmasının tərkibinə inteqrasiya edilməsinə imkan verir.

2012-ci ildə Azərbaycanın əldə etdiyi hər iki divizion Bakı ətrafında yerləşdirildi. Sonradan divizionları bir-birindən ayırdılar və yeni hazırlanan mövqelərə yerləşdirdilər. Sistemlər ən geci 2015-ci ildən döyüş növbətçiliyinə cəlb olunur.

İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və özünə aid raketləri olmur. Bu sistemlər döyüş növbətçiliyinə resursların qorunması və ehtiyatların yaradılması məqsədilə təxminən 50%-lik cəlb edilmə ilə hazırda iri sənaye, hərbi və inzibati obyektlərin hava zərbələrindən müdafiəsi üçün istifadə olunur.

S-300PMU2 hava hücumundan müdafiə sistemləri Azərbaycanda mövcud olan yeganə müasir zenit raket sistemləri deyil. 2016-cı ilin dekabr ayında Azərbaycan HHM qoşunları təlimlərdə İsrailin "Barak 8" uzaqmənzilli Hava Hücumundan Müdafiə Sistemindən raket atışları həyata keçirdi. Azərbaycanın İsrail hava hücumundan müdafiə sisteminin yerüstü versiyasının ilk alıcısı olduğu ehtimal edilir. Bu sistem, "Israel Aerospace Industries" (IAI) şirkətinin "Elta Systems", "Rafael" və digər şirkətlərlə birgə tərəfdaşlığı ilə hazırlanıb. Bu barədə isə növbəti mövzularımızda geniş məlumat verəcəyik.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-300   Azərbaycan  

S-300 ailəsi və Ermənistana nisbətdə Azərbaycana verilmiş ən son model - HƏRBİ EKSPERT (I YAZI)

2019/10/345-1570625660.jpg
Oxunub: 2661     12:43     10 Oktyabr 2019    