Ermistanın BQ rəisi “1 Mart” hadisələri ilə bağlı yalan danışır?

2019/10/artak-1570603456.jpg
Oxunub: 708     10:41     09 Oktyabr 2019    
“Qoy məhkəmə qərar versin ki, Yuri Xaçaturov bilyard oynayıb yoxsa yox”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

Erməni mətbuatında Aprel döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən Yuri Xaçaturovun döyüşlər barədə məlumat aldığı zaman bilyard oynaması ilə bağlı məlumatlar yayılıb.

O qeyd edib ki, məhkəmə nəhayət həmin vaxt Yuri Xaçaturovun harada olduğunu müəyyən etməlidir.

“Kimin gəldiyini və kimin getdiyini təyin edən bütöv bir xidmət nəzərdə tutulub. Bir-iki nəfər hər hansı birinin gəlib-gəlmədiyi haqqında danışa bilməz”,- deyə Davtyan bildirib.

Yuri Xaçaturovun vəzifəsi ilə bağlı verilən suala cavab olaraq Davtyan bildirib ki, Xaçaturov 2016-cı il aprel 2-si döyüşlərdən xəbərdar olduqdan 20-25 dəqiqə sonra, saat 03:10-03:15 radələrində komandanlıq məntəqəsinə gedib.

Davtyan əlavə edib ki, o, 1 il yarım əvvəl arayış verib, sadəcə bu məsələ indi gündəmə gəlib.

“Yuri Xaçaturovla bağlı ifadə verməmişəm, arayış vermişəm”, - deyə o vurğulayıb.

Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının işinə gəlincə, BQ rəisi qeyd edib ki, aprel hadisələrinin aydınlaşdırılması məqsədilə hələki onu komissiyaya dəvət etməyiblər.

“Ümid edirəm ki, çağıracaqlar”,- deyə Davtyan bildirib.

Davtyan həmçinin 2008-ci il martın 1-də ordunun atəş açmadığı ilə bağlı öz fikrini dəyişməyib

“Cinayət işləri var, məhkəmə prosesləri davam edir. Məhkəmə prosesi zamanı cavablar alınacaq. Başqa fikir bildirməmişəm və başqa deyəcəyim yoxdur”, - deyə o qeyd edib.

Davatyan Ermənistan Müdafiə Ordusu üçün yeni silahlanma vasitələrini indi də əldə etdiyini söyləyib.

“Əsasən az heyət tələb edən və problemlərin səmərəli həllini həyata keçirən silahlanmadan söhbət gedir”, - deyə o qeyd edib.

Söhbətin hücum yoxsa müdafiə texnikasının əldə edilməsindən getməsi ilə bağlı sulına isə o cavab verib ki, Erminstan SQ həm müdafiə, həm də hücum problemləri ilə eyni dərəcədə məşğul olmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Davtyan  

Ermistanın BQ rəisi “1 Mart” hadisələri ilə bağlı yalan danışır?

2019/10/artak-1570603456.jpg
Oxunub: 709     10:41     09 Oktyabr 2019    