Prezident birinci xanımla şəhid ailəsinin evində qonaq oldu - FOTOLAR

2019/10/1570553762.jpg
Oxunub: 1334     20:35     08 Oktyabr 2019    
Xəbər verildiyi kimi oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış olublar. Qeyd olunub ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.

Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Prezident  

Prezident birinci xanımla şəhid ailəsinin evində qonaq oldu - FOTOLAR

2019/10/1570553762.jpg
Oxunub: 1335     20:35     08 Oktyabr 2019    