Cənubi Koreya və Rusiya HHQ arasında qaynar xətt qurula bilər

2019/10/AP_81-1570517487.jpg
Oxunub: 1389     17:50     08 Oktyabr 2019    
Cənubi Koreya və Rusiya bir-birlərinin hava hücumundan müdafiə zonalarına təsadüfən daxil olmasının qarşısını almaq üçün Hərbi Hava Qüvvələri arasında qaynar xətt yaradıla bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri iki ölkənin oktyabr 22-də qaynar xəttin yaradılması ilə bağlı anlaşma memorandumunun imzalanmasını müzakirə etmək üçün ortaq müdafiə komitəsinin iclasını təyin etdiklərini söyləyib.

Cənubi Koreya və Çinin hava qüvvələri arasında qaynar xətt məsələsinin də nəzərdən keçirildiyi diqqətə çatıdırılıb.

Qeyd edək ki, Çin təyyarələri bu il Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına 25 dəfə, Rusiya təyyarələri isə 13 dəfə daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   Rusiya   HHQ  

Cənubi Koreya və Rusiya HHQ arasında qaynar xətt qurula bilər

2019/10/AP_81-1570517487.jpg
Oxunub: 1390     17:50     08 Oktyabr 2019    