“İlham Əliyev “Valday”da Ermənistan Baş nazirini axmaq vəziyyətdə qoydu” - Şarmazanov

2019/10/15701-1570442342.jpg
Oxunub: 1693     17:57     07 Oktyabr 2019    
“Ermənistan hökuməti səhvlərindən dərs almamağa və ya xaricdə, ya da siyasi rəqiblər arasında günahkarlar axtarmağa davam edir”.

Ordu.az xəbər verir ki, bunu erməni parlamentinin sabiq sədr müavini Ermənistan Respublikaçılar partiyasının üzvü Eduard Şarmazanov öz “Facebook” səhifəsində yerləşdirdiyi yazıda qeyd edib.

O bildirib ki, hakimiyyətin “parlaq” düşüncələrində bu fikir üstünlük təşkil edərsə, Qarabağ prosesindən yaxşı bir şey gözləmək olmaz.

“Paşinyan Qarabağın danışıqlar masasına qayıtmalı olduğunu açıqladı. Buna cavab olaraq Ermənistan tərəfi ATƏT həmsədrlərindən sarı vərəqə aldı.

Sankt-Peterburq və Vyana gündəmlərini rədd edən Paşinyan Düşənbə liftinin 1 dəqiqəlik razılaşmasını gündəmə gətirdi.

Bütün bu müddət ərzində rəsmi Bakı təbliğatı və ilk simaları Ermənistan Respublikasının ikinci və üçüncü prezidentlərinin Qarabağ prosesindəki siyasətini sərt şəkildə tənqid etdilər və münaqişənin həlli üçün böyük ümidləri qeyd edərək, Paşinyana şübhə ilə yanaşırdılar.

Paşinyan həmsədrlərin və yeni Ermənistan hökumətinin əli ilə tərəflərin açıqlamalarındakı “öz müqəddəratını təyinetmə hüququ” termini Milan açıqlamasında “ədalətli həll” termini ilə əvəz edib. Bu, biabırçı geriyə doğru bir addım idi, çünki “ədalətli həll” termini ilə Xankəndində bir şey, Bakıda isə başqa bir şey gözlədikləri məlumdur.

Paşinyan bununla kifayətlənmədi və nizamlamanın həm Ermənistan, həm də Qarabağ və Azərbaycan xalqlarını qane etməli olduğu barədə başqa bir utancverici tezis irəli sürdü. Belə bir açıqlama verən ilk erməni lideri olduğunu tərif edərək bəyan edib. Lakin hətta bununla da Paşinyanın misli görünməmiş sərgüzəştlər siyahısı bitmədi.

Bir il yarım əvvəl Qarabağ xalqının adından danışıqlar aparmaq onun mandatına sahib olmadığını iddia edən biri, Xankəndində elan etdi ki, “Qarabağ Ermənistandır və son”. Emosional olaraq sıfır səmərəliliyi olan bu tərif kağız parçası, konstruktiv yanaşmamızı tükəndirdi və həmsədr ölkə olan Rusiya Federasiyasına Ermənistanı danışıqlar prosesini əngəlləməkdə ittiham etməsinə imkan verdi”, - deyə Ermənistanın sabiq hakimiyyət nümayəndəsi bildirib.

Şarmazonov qeyd edib ki, son 20 ildə həmsədr ölkələrin Ermənistanı ittiham edən heç bir açıqlamasına rast gələ bilməzsiniz.

“Bax, bunlar baş nazir Paşinyanın misli görünməmiş uğurlarıdır. Görünən odur ki, Ermənistanın danışıqlar prosesində mövqeyi zəifləyib. Bu, Paşinyanın Nyu Yorkdakı BMT-nin yüksək kürsüsündən nizamlama prosesinin Azərbaycan xalqını məmnun etməsi barədə verdiyi bəyanatla sübut olunur. Bununla da rəsmi İrəvan Xankəndində “Qarabağ Ermənistandır və son” deyə verdiyi bəyanatı təkzib edib.

Amma Paşinyan geri çəkildiyi bir vaxtda, çatışmazlıqlarımızdan istifadə edərək, Əliyev, Putinin iştirakında “Dağlıq Qarabağ Azərbaycandır” söyləyərək, Ermənistan Baş nazirini axmaq vəziyyətdə qoydu.

Öz reklamının dövlət maraqlarına tabe olmağını başa düşməyin vaxtı çatıb və uğursuzluqda hamını yox, ilk növbədə özünü günahlandırmalısan”, - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İlham-Əliyev   Valday   Paşinyan  

“İlham Əliyev “Valday”da Ermənistan Baş nazirini axmaq vəziyyətdə qoydu” - Şarmazanov

2019/10/15701-1570442342.jpg
Oxunub: 1694     17:57     07 Oktyabr 2019    