ANALİZ| Xankəndindən “Valday”a atılan bumeranq…

2019/10/maxre-1570437279.jpg
Oxunub: 4982     12:13     07 Oktyabr 2019    
Orientiri itirən Nikol Paşinyan Ermənistanı vassalıqdan da aşağı statusa yiyələndirir.

Ermənistanda baş verən inqilabdan sonra hakimiyyət başına gəlməyə müyəssər olan Nikol Paşinyan müxtəlif zamanlarda bir-birinin ardınca imza atdığı açıqlamalarla daxili auditoriya üçün uğurlu oyun qurmağı bacarsa da, regional və dünya səviyyəli siyasi arenada dolaşıq manevrlərini davam etdirməkdədir. Müxtəlif ritorikalarla çıxış edən erməni baş nazir, daha çox Ermənistandaxili siyasi proseslərə köklənmiş kursunu beynəlxalq siyasi sferaya yönləndirə bilmir. Xüsusilə, işğal etdiyi Azərbaycan torpaqları ilə bağlı danışıqlar prosesindən yayınmağa çalışan Ermənistanın hökumət başçısı dövlətinin ABŞ və Rusiya arasındakı mövqeyini tamam çıxılmaz vəziyyətə gətirib.

Son zamanlar, hətta erməni siyasi dairələr və politoloqlar tərəfindən fasiləsiz tənqid atəşinə məruz qalan Nikol Paşinyanın apardığı siyasətlə Ermənistanın yaxın gələcəkdə dilemma qarşısında qalacağı şəksizdir.

Ermənistanın mövcud iqtisadi imkanlarını nəzərə alsaq görərik ki, bu dövlətin bütün maliyə məsələləri Amerika Birləşmiş Ştatlarının ayırdığı yardımlar, bu ölkədə mövcud olan lobbi və diaspor təşkilatlarından toplanan böyük ianələr, həmçinin Rusiyadan alınan çoxsaylı və çoxsahəli köməyin sayəsində öz həllini tapır. Deməli, bütün bunlar həm də Ermənistanı sözügedən dövlətlər qarşısında öhdəliklər daşımağa məcbur edir. Paşinyana qədər digər erməni dövlət başçıları bu öhdəliklərin qarşısından “axsaya-axsaya” qaçmağa nail ola bilsələr də, hazırkı hökumətin beynəlxalq siyasi kursu bu ölkənin ən böyük və yaxın müttəfiqi olan Rusiya ilə münasibətlərində çat yaradıb. Ermənistan Respublikasının öz silahlı qüvvələri olduğu halda, ölkənin təhlükəsizliyinə cavabdehliyi Rusiya Silahlı Qüvvələrinin İrəvan və Gümrü yaxınlığında yerləşən 102-ci hərbi bazası daşıyır. Buna rəğmən, lap yaxın keçmişdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tabeliyində olan Ermənistan Sərhəd xidmətinin qərargahında görüş keçirən ABŞ nümayəndələri ermənilərlə Türkiyə, İran və Rusiyaya dair təfərrüatları açıqlanmayan danışıqlar aparıblar. Təbii ki, Ermənistan Sərhəd Xidmətində reallaşan müzakirələr, əsasən, rəsmi Vaşinqtonla münasibətlərini korrektə edən Türkiyə, eləcə də ABŞ-la müharibə astanasında olan İranı daha çox əhatə edib. Qeyd edim ki, bu iki ölkə Ermənistanın ən yaxın müttəfiqi olan rəsmi Moskva ilə siyasi, iqtisadi, hərbi və başqa sahələrdə tərəfdaşdır.

Bununla yanaşı, 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasına dair bir neçə dəfə fikirlər ortaya atılıb. Nə qədər qəribə olsa da, bütün bu proseslərin fonunda, 1991-94-cü illərdə xidmət keçmiş rus hərbiçilərinin müxtəlif səpkili açıqlamaları Kütləvi İnformasiya Vasitələrində yayımlanmağa başladı... Bu faktın özünü də Ermənistan üçün kənardan verilən “siqnal” kimi xarakterizə etmək olar.

Bu ilin avqustunda işğal altında olan Qarabağa səfər edən erməni baş nazirin “Qarabağ Ermənistandır və nöqtə” deməklə bəyanat verməsi, daha sonra BMT Baş Assambleyasının sessiyasında qarışıq siyasi frazalarla dolu, konkret desək, həm Azərbaycana yönəlmiş hərbi ritorika dolu, həm də Qarabağ müharibəsinin sülh yolu ilə həll edilməsinə dair yalvarış xarakterli çıxış etməsi rəsmi İrəvanın pis vəziyyətə düşməsindən xəbər verir. Qarabağa dair dörd qətnamə çıxarmış beynəlxalq təhlükəsizlik təşkilatının ali tribunasında elə bu qurumun prinsip və tələblərinə “meydan oxuyan” Paşinyan sülh yoluna çağırışları ilə BMT-yə üzv dövlətlərə mesaj ötürüb ki, ixtiyarı öz əlində deyil və Azərbaycan torpaqlarını boşaltmaq istəsə belə, bunu bacarmaz. Əslində, Nikol Paşinyanın bir çox bəyanat və çağırışının sətiraltısında məhz bu məqam xüsusi yer tutur.

N.Paşinyan baş nazir kimi ilk çıxışlarından birində bildirmişdi ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın (qondarma qurum-red.) adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, manipulyativ formada, qondarma qurumun “parlamenti”, “prezidenti” və “hökuməti” olan “müstəqil ölkə” olduğunu misal göstərərək baş nazir seçilməsində Qarabağ ermənilərinin iştirak etmədiyini irəli sürmüşdü... Bu həm də o demək idi ki, onun üçün ancaq baş nazir seçilməkdə dəstək göstərmiş təbəqə maraq kəsb edir.

Onun o vaxt söylədiyi fikirə görə, Dağlıq Qarabağdan çıxa(rıla-red.)n azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Qondarma qurumun vətəndaşları isə Ermənistan hakimiyyətinin seçkilərində iştirak etməyiblər, buna görə də Ermənistan hakimiyyəti onları təmsil edə bilməz. Buna görə də Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda “qarabağlılar”ın öz səsi olmalıdır.

Bundan başqa Paşinyan Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistanın ölümcül zərbə ilə cavab verəcəyini də bəyan eləmişdi…

Hakimiyyət başına gəldiyi ilk günlərdən Paşinyan siyasi səhvlərə “cığır açmağa” başladı. Özünün dediyi kimi, Qarabağ (qondarm qurum-red.) müstəqil tərəfdirsə və Ermənistanın onu təmsil etmək haqqı yoxdursa, Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin yerləşdiyini, Ermənistandan hərbi xidmətə çağırılanların Qarabağda xidmət keçdiyini, işğal altındakı Azərbaycan torpaqlarındakı erməni birləşmələrinin Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahına tabe olduğunu unutmalı deyildi… Amma Nikol Paşinyan bunları bilərəkdən “unutdu”… Bir sözlə, Paşinyan dolayısı ilə mesaj ötürdü ki, Qarabağ Ermənistan üçün problemdir və bunun çözülməsində zəhmət çəkmək istəmir.

Daha sonra isə Qarabağın işğal olunmasında xüsusi rol oynamış adamların sıxışdırılmasına, hakimiyyətdən uzaqlaşdırılmasına və onlardan müəyyən “rıçaq”ların alınmasına başlamaqla Ermənistanın baş naziri Qarabağ problemindən yaxa qurtarmaq sevdasında olduğunu bir daha bildirmiş oldu. Amma çox keçmədi ki, Qarabağ müharibəsinin müəllifi olan qüvvələr ona başa saldılar ki, müəyyən edilmiş xətdən kənara çıxsa, siyasi aqibəti hakimiyyəti əlindən aldığı Serj Sarkisyandan heç nə ilə fərqlənməyəcək. Bununla da onu lazım olan xətt üzrə hərəkət etməyə vadar edə bildilər. Hətta bunun təminatı kimi, öz oğlunu başqa “ölkə” adlandırdığı qanusnuz bölgədə xidmət keçməyə yolladı… Paşinyan Ermənistanın əsas müttəfiqi olan Rusiyaya bağlılığı ilə seçilən bir neçə siyasi və hərbi xadimi həbs etdirməklə “böyük qardaşı”nın rəsmi İrəvandakı kürsülərdəki “əl”ini zəiflətməyə başladı. O, bu addımla hakimiyyət başına gəlməsinə yardımçı olmuş Qərb dairələrinin istəyini icra etməyə başladığını yumşaq formada ifadə etdi.

Çox keçmədi ki, Nikol Paşinyan və komandasının MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında o qədər də arzuolunan şəkildə qarşılanmadığı ona mədəni tərzdə izah edildi.

Avrasiya İqtisadi İttifaqının Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən sammiti zamanı Qazaxıstanın keçmiş prezidenti, Avrasiya İqtisadi İttifaqının fəxri sədri Nursultan Nazarbayev özünün şərəfinə təsis edilmiş “Nazarbayev” ordeni ilə Ermənistanın baş naziri Nikol Paşinyanı təltif etmədi. Amma iclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Qırğız Respublikasının prezidenti Sooranbay Jeenbekov və Qazaxıstan prezidenti Kasım-Jomard Tokayevi “Nursultan” ordeni ilə təltif etdi.

Xatırladaq ki, N. Paşinyan deputat olduğu zaman Ermənistanın bu quruma birləşməsinin əleyhinə çıxsa da, bir müddət sonra Avrasiya İqtisadi İttifaqına və KTMT-yə üzvlüyün daha səmərəli və faydalı olması üçün hər şeyi etməyə hazır olduğunu ifadə etmişdi. Bu fakt da, sübut edir ki, o, siyasi proseslərdə tez-tez “sürüşür” və öz orientirini konkret müəyyənləşdirə bilmir.

Ötən ilin dekabrında MDB dövlət başçılarının Sankt-Peterburq sammitini xatırlayaq: həmin sammitdə Nikol Paşinyana qarşı istər Rusiya, istərsə də digər ölkələr tərəfindən sərgilənən etinasızlığa, Azərbaycan Prezidenti İlham Əliyevə isə göstərilən diqqətə nəzər sala bilərik.

Təbii ki, odla suyun arasında qalan Nikol Paşinyan ikili siyasət yürütməkdə çətinlik çəkməyə bilməz. Çünki, onun siyasi hakimiyyəti dövründə Ermənistandan sözün hər mənasında çox şey gözləyən ABŞ Paşinyanın Rusiya ilə yaxınlığını heç cür qəbul etmək fikrində deyil. O, Moskvaya doğru meyillənəndə Vaşinqton ona hansısa eyhamları vurur. Vaşinqtona tərəf əyiləndə isə rəsmi Moskvanın “möcüzəvi” təpkiləri Paşinyan hökumətini “özünü toparlamağa” vadar edir.

Qərbdəki havadarlarının Nikol Paşinyan qarşısında qoyduğu tələblər və istəklər yerinə yetirilmədikcə, ona inam azalır və siyasi konyukturasına ciddi xələl gəlir.

Bir az əvvələ nəzər salsaq görərik ki, 2019-cu ilin yazında Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mayın ortalarında ABŞ səfəri uğursuz oldu. İrəvanın Amerikadakı səfirliyinin onu rəsmi Vaşinqtonun yüksək vəzifəli şəxsləri ilə görüşdürmək cəhdi nəticəsiz qaldı. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da onu qəbul etməkdən növbəti dəfə imtina etdi. O, 2018-ci ilin oktyabrın 26-da İrəvana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəməmişdi. Ona görə də, Con Boltonun ofisinin nümayəndəsi Qriqoryanı icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. Yüksək ranqlı şəxslərlə görüş üçün ABŞ-a gedib nəticədə yalnız Braziliya Kosmik Agentliyinin rəhbəri Karlos de Mourla görüşə bildiyi üçün siyasi sferada o “kosmonavt Qranuş Akopyan” adı ilə çağılmağa başladı.

Aradan bir az keçmiş Vaşinqtonun İrəvandakı səfiri Linn Treysi Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirdi. Diplomat ABŞ-ın Ermənistana maliyyə yardımlarının həcminə diqqət çəkərək erməni baş nazirə müəyyən detalları xatırlatdı və Nikol Paşinyanın gileylənməsini anlamadığını dedi. Bununla yanaşı, amerikalı səfir, Ermənistanın Rusiya qüvvələri tərkibində Suriyaya hərbi heyət göndərməsini də ölkəsinin adından pislədi və Paşinyan hökumətini Suriyadakı rejimin başçısı Bəşər Əsədə yardım etməkdə qınadı.

Həmçinin Avropa ölkələrində də Paşinyan artıq özünə olan diqqəti mənfi çalarlarla zənginləşdirib. Belə ki, Cənubi Qafqaz, xüsusilə Azərbaycan və Gürcüstana iqtisadi sferada maraq göstərən avropalı investorlar Paşinyanın müharibə ritorikalarından ehtiyatlanmağa başlayıblar. Son dövrlərdə Qarabağ müharibəsinin həllinə “dırnaqarası” yanaşan erməni baş nazirin aqressiv davranışları bölgənin iqtisadi inkişafı üçün potensial imkanların üstündən xətt çəkir. Konkret desək, onun ritorikası Cənubi Qafqazda işləmək istəyən beynəlxalq investorlara təhlükə yaradır. Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə "Pan-Erməni Oyunları"nın açılışında iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı "Açılış mərasimində" Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırması beynəlxalq aləm tərəfindən də təxribatçı hal kimi qiymətləndirildi. Amerikalı ekspert, beynəlxalq məsələlər üzrə strateji məsləhətçi Piter Teys Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən "Erməni ritorikası zərərlidir, dağıdıcıdır və Cənubi Qafqazda işləmək, bu bölgədə fəaliyyətini qurmaq istəyən böyük strateji beynəlxalq investorları təhdid edir. Bu ifadələr davam edən iqtisadi durğunluq və hökumətin hər nazirliyini bürüyən yüksək korrupsiya ilə Ermənistanda vəziyyəti daha da ağırlaşdırır", deyə bildirib. P.Teys qeyd edib ki, Paşinyanın fırtınalı nitqi onun avtoritar liderlik üslubunu göstərir: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir. Ermənistanın baş naziri vəzifəsinə gəlişinin ilk günlərindən etibarən Paşinyan beynəlxalq qanunları dəfələrlə pozmağa, Dağlıq Qarabağ münaqişəsinin həllində iltihablı bəyanatlar və təcavüzkar davranış yolu ilə getməyə hazır olduğunu nümayiş etdirdi".

Amerikalı ekspert Paşinyanın davranışlarını şərh edərkən bildirib ki, "Beynəlxalq ictimaiyyət onun bu cür iltihablı bəyanatlarına dözməməlidir. ATƏT Ermənistan rəhbərliyini zorakılıq aktlarından çəkinməyə və təcavüzkar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən təcili surətdə çıxarmaq üçün tam məsuliyyət daşıyır. Digər tərəfdən, Azərbaycanın praqmatik diplomatik təşəbbüsləri həmişə qalib gələcək".

P.Teys əlavə edib ki, ABŞ Dövlət Departamenti də son aylarda Paşinyanın antaqonist yanaşmasının və döyüşkən ifadələrinin qarşısını almaqda daha fəal rol oynamalı idi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli beynəlxalq ictimaiyyətin fəal iştirakından və Azərbaycana münasibətdə ikili standartların tətbiqinin qarşısını almağa yönəlmiş həqiqi səylərdən asılıdır".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə "Pan-Erməni Oyunları" nın açılışında iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və çıxışında “Qarabağ Ermənistandır və nöqtə” deyə bəyanat vermişdi. Erməni baş nazir bu bəyanatın ardınca isə BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı qeyri-adekvat bəyanatları ilə yadda qaldı.

Bu ilin oktyabr ayının 3-də isə Rusiyanını Soçi şəhərində dünyanın ən nüfuzlu ekspertlərinin, elm adamlarının, siyasi xadimlərin və dövlət rəhbərlərinin toplaşdığı “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına cavab olaraq, dünyanın diqqət mərkəzində olan bir toplantıda “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” dedi. Azərbaycan prezidentinin çıxışı Qarabağ müharibəsinin nizamlanması məsələsində Azərbaycanın mövqeyini bir daha çox aydın və kəskin şəkildə ifadə etdi. Xüsusilə də “Valday”ın builki iclasının əsas müzakirə mövzusu təhlükəsizlik problemləri ilə bağlı idi və bu müzakirələrdə Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, İordaniya kralı II Abdulla, Filippinin dövlət başçısı Rodriqo Duterte və başqa dövlət və hökumət başçıları iştirak edirdilər.

Bir məqama xüsusilə diqqət yetirək: Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini harada işlətmişdi? Xankəndində. Yəni Qarabağ müharibəsinin nizamlanması ilə bağlı danışıqların dalana dirəndiyi bir zamanda və Azərbaycanın işğal altında olan ərazisində. Pafos dolu bu bəyanat Ermənistanın daxili auditoriyasının diqqətini özünün siyasi yanlışlıqlarından yayındırmağa və Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa hesablanmışdı. Digər tərəfdən isə, Ermənistan qanunlarına görə, ölkənin baş naziri hazırda Ali Baş Komandan statusu daşıya bilməz. İstənilən halda, o bu bəyanatı ölkənin yox, hökumətin rəhbəri kimi səsləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Paşinyanın məlum bəyanatına dünyanın ən mötəbər tədbirlərindən birində hamının qarşısında cavab verdi, həm də ölkənin rəhbəri, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı kimi Azərbaycan torpaqlarının bir qarışının da güzəştə gedilməyəcəyini bəyan elədi.

Daha bir məqamı da nəzərdən qaçırmayaq. Siyasi dairələrdə məşhur “beyin mərkəzlərindən” sayılan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında “Şərq şəfəqləri və dünya siyasi quruluşu”, “Yaxın Şərq dünya siyasətinin laboratoriyası”, “Dini ekstremizm problemləri və onun siyasətə təsiri”, “Böyük Avrasiya geoiqtisadi məkanın təşkilinin yeni forması kimi” və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu il ilk dəfə dünya energetika bazarında vəziyyət, Rusiyanın İslam dünyası ilə qarşılıqlı münasibətləri ilə bağlı da diskussiyalar aparılıb.
Maraqlıdır ki, qlobal və çox ciddi mövzular ətrafında aparılan diskussiyalara Ermənistanın hökumət başçısı dəvət edilməmişdi.

Bu faktın özü də, Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirən erməni baş nazir Nikol Paşinyanın dünya siyasətçiləri arasında hansı nüfuza malik olmasından xəbər verir.

“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası ərəfəsində Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti baş tutdu. Tədbirin İrəvanda keçirilməsinə rəğmən bu ölkənin baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə son anda görüşə bildi.

Bir müddət əvvəl BMT Baş Assambleyasının sessiyasında iştirak edən Nikol Paşinyan nə qədər cəhd etsə də, ABŞ Prezidenti Donald Trampla da ikitərəfli görüş keçirə bilmədi.

ABŞ-a səfəri öncəsi Nikol Paşinyanın Donald Trampla görüşəcəyi erməni mətbuatı tərəfindən geniş təbliğ edilsə də, Ermənistan hökumətinin rəhbəri ABŞ-ın dövlət başçısı ilə ancaq və ancaq şəkil çəkdirməyə nail ola bildi. Ermənistan mətbuatı bunu rişxəndlə “Paşinyanın selfi diplomatiyası” adlandırır.

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Prezident   İlham-Əliyev   Valday  

ANALİZ| Xankəndindən “Valday”a atılan bumeranq…

2019/10/maxre-1570437279.jpg
Oxunub: 4983     12:13     07 Oktyabr 2019    