Mali ordusunun sərhəddəki atışmada ölən əsgərlərinin sayı 38 nəfərə çatıb

2019/10/42464-1570165179.jpg
Oxunub: 1267     12:55     04 Oktyabr 2019    
Mali ordusunun üç gün əvvəl Burkina-Faso ilə sərhəddə silahlılarla baş vermiş toqquşmalarda itkilərinin sayı 38 nəfərə çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İbrahim Dahiru Dembele bildirib.

Qeyd edək ki, bazar ertəsi silahlılar ölkənin Burkina-Faso ilə sərhədi yaxınlığında Bulkessi və Mondoro yaşayış məntəqələrindəki iki hərbi düşərgəyə hücum ediblər. Çərşənbə axşamı Mali ordusu Bulkessidəki düşərgəni nəzarət altına ala və hücumu dəf edə bilib.

Daha əvvəl 25 nəfərin həlak olduğu və 60 nəfərin itkin düşdüyü bildirilirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Burkino-faso   Atışma  


Mali ordusunun sərhəddəki atışmada ölən əsgərlərinin sayı 38 nəfərə çatıb

2019/10/42464-1570165179.jpg
Oxunub: 1268     12:55     04 Oktyabr 2019    
Mali ordusunun üç gün əvvəl Burkina-Faso ilə sərhəddə silahlılarla baş vermiş toqquşmalarda itkilərinin sayı 38 nəfərə çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İbrahim Dahiru Dembele bildirib.

Qeyd edək ki, bazar ertəsi silahlılar ölkənin Burkina-Faso ilə sərhədi yaxınlığında Bulkessi və Mondoro yaşayış məntəqələrindəki iki hərbi düşərgəyə hücum ediblər. Çərşənbə axşamı Mali ordusu Bulkessidəki düşərgəni nəzarət altına ala və hücumu dəf edə bilib.

Daha əvvəl 25 nəfərin həlak olduğu və 60 nəfərin itkin düşdüyü bildirilirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Burkino-faso   Atışma  


Bizi "telegram"da izləyin