Polkovnik: "Düşmən əks hücumun qarşısının alınması üzrə şərti əməliyyatlar həyata keçirir"

2019/10/72272-1570093291.jpg
Oxunub: 3748     14:02     03 Oktyabr 2019    
İşğalçı ordu növbəti döyüş atışlı təlimlərə başlayıb. Təlimlər bir qayda olaraq yenə Azərbaycan torpaqlarında həyata keçirilir. Mərmilərin partlayış səsləri demək olar ki, cəbhəyanı ərazilərdən tam aydın şəkildə eşidilir. Hətta torpaq titrəməsi də baş verir.

Ehtiyatda olan artilleriyaçı, polkovnik-leytenant Eldəniz Hüseynov Ordu.az-a açıqlamasında təlimlərin əsasən əks hücumun qarşısının alınması üzrə həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, burada əsasən "batareya hücumda - batareya müdafiədə" mövzusunda döyüş atışları həyata keçirilərək qoşunların artilleriya bölmələrinin batareyaları arasında uzlaşma yoxlanılır.

"Hazırkı atışların intensivliyini və dəyişən hədəflərə açılan atəşləri nəzərə alsaq, ehtimal etmək olar ki, işğalçı ordu əks hücumun qarşısının alınması üzrə şərti əməliyyatlar həyata keçirir", - deyə polkovnik-leytenant vurğulayıb.

Aprel döyüşləri zamanı düşmənin artilleriya bölmələrinin fəaliyyətinə yaxşı bələd olan zabit qeyd edir ki, məhz əks hücum zamanı onların kifayət qədər qeyri-peşəkarlığı qeydə alınıb.

"Elə buna görə də, onlar əsasən bu istiqamətdə daha çox təlimlər həyata keçirirlər", - deyə E.Hüseynov əlavə edib.

Qeyd edək ki, döyüş atışlı hərbi təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində həyata keçirilir. Mərmilər isə əsasən rayon ərazisində yerləşən dağ massivlərinə atılır.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Təlim   Təxribat  


Polkovnik: "Düşmən əks hücumun qarşısının alınması üzrə şərti əməliyyatlar həyata keçirir"

2019/10/72272-1570093291.jpg
Oxunub: 3749     14:02     03 Oktyabr 2019    
İşğalçı ordu növbəti döyüş atışlı təlimlərə başlayıb. Təlimlər bir qayda olaraq yenə Azərbaycan torpaqlarında həyata keçirilir. Mərmilərin partlayış səsləri demək olar ki, cəbhəyanı ərazilərdən tam aydın şəkildə eşidilir. Hətta torpaq titrəməsi də baş verir.

Ehtiyatda olan artilleriyaçı, polkovnik-leytenant Eldəniz Hüseynov Ordu.az-a açıqlamasında təlimlərin əsasən əks hücumun qarşısının alınması üzrə həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, burada əsasən "batareya hücumda - batareya müdafiədə" mövzusunda döyüş atışları həyata keçirilərək qoşunların artilleriya bölmələrinin batareyaları arasında uzlaşma yoxlanılır.

"Hazırkı atışların intensivliyini və dəyişən hədəflərə açılan atəşləri nəzərə alsaq, ehtimal etmək olar ki, işğalçı ordu əks hücumun qarşısının alınması üzrə şərti əməliyyatlar həyata keçirir", - deyə polkovnik-leytenant vurğulayıb.

Aprel döyüşləri zamanı düşmənin artilleriya bölmələrinin fəaliyyətinə yaxşı bələd olan zabit qeyd edir ki, məhz əks hücum zamanı onların kifayət qədər qeyri-peşəkarlığı qeydə alınıb.

"Elə buna görə də, onlar əsasən bu istiqamətdə daha çox təlimlər həyata keçirirlər", - deyə E.Hüseynov əlavə edib.

Qeyd edək ki, döyüş atışlı hərbi təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində həyata keçirilir. Mərmilər isə əsasən rayon ərazisində yerləşən dağ massivlərinə atılır.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Təlim   Təxribat  


Bizi "telegram"da izləyin