Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş olub - FOTO

2019/10/105d9-1570080863.jpg
Oxunub: 2646     10:02     03 Oktyabr 2019    
Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları Admiral Zaur Hümmətov və Hüseyn Xanzadi arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, görüşdə iki ölkənin hərbi əməkdaşlığı və hərbi sahədə potenseallardan bigə isitfadənin zərurliyi vurğulanıb.

Azərbaycan HDQ komandanı iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib və qeyd edib ki, qonşu ölkələr arasında əməkdaşlıq dəniz piratlarının fəaliyyətinin qarşısını alacaq və vəzifələri Xəzər dənizində sabitliyi qorumaqdır.

Zaur Hümmətov qeyd edib k, Azərbaycan HDQ-si İran İslam Respublikasının HDQ-si tərəfindən təşkil olunacaq dərin sularda dalğıcların yarışında itşirak etməyə hazırdır.

“Eləcə də biz İran və Azərbaycan hərbi dənizçilərinin iştirakı ilə müştərək məşq keçirilməsinə də hazırıq", - deyə o bildirib.

H.Xanzadi bildirib ki, iki ölkə arasında tarixi bağlar var və müxtəlif sahələrdə xüsusilə mədəni sahədə iki ölkənin alqları bir-birinə bağlıdır. Müştərək mədəniyyət, dil və sivilizasiya İran və Azərbaycanı qardaş və dost ölkə edir. İki ölkənin həm qurudan və həmdə dənizdə sərhədləri var.

O deyib ki, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və hərbi məşqlərin keçirilməsi əlaqələrini daha da möhkəmlədirlər.

“Xəzər dənizi bizim üçün sülh və dostluq dənizidir və əminliklə deyə bilərik ki, bu dənizdə bizim yaxşı qonşularımız olduğu üçün heç bir narahtlığımız yoxdur”, - deyə o qeyd edib.

İranın hərbi sahədə inkişaf etdiyini bildirən H.Xanzadi deyib ki, bu gün Hərbi Dəniz Qüvvələri geniş potensial və sürətlə daha da inkişaf edir.

Dənizdə və beynəlxalq sularda sabitliyin təmini üçün cəm şəkilində əməkdaşlıq edilməyin zərurətini vurğulayan H.Xanzadi deyib ki, Azərbaycanla hərbi dəniz sahəsində əməkdaşlıq etməyə hazırdırlar.

“Xəzər dənizində birlikdə hərbi taktika təşkil edə bilərik və əlaqələrimizi inkişaf etdirmək üçün hər tərəfli hazırıq”, - deyə o qeyd edib. (APA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Azərbaycan   Xəzər  

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş olub - FOTO

2019/10/105d9-1570080863.jpg
Oxunub: 2647     10:02     03 Oktyabr 2019    

Bizi "telegram"da izləyin