Ermənistan ordusunun diversiya qrupunun bir üzvü yaralanıb - Hovhannisyan şərh etməkdən imtina edir

2019/10/1570022189.jpg
Oxunub: 3225     17:12     02 Oktyabr 2019    
Ermənistan ordusunun təxribata cəhd edən diversiya qrupunun bir müqaviləli hərbi qulluqçusu yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müqaviləli hərbi qulluqçu əvvəlcə Noyemberyan xəstəxanasına, daha sonra isə İrəvana təxliyyə edilib.

Noyemberyan tibb mərkəzindən bildirilib ki, dünən, saat 22:45 radələrində sağ çiyin nahiyəsindən parçalanmış küt yara almış vəziyyətdə bir hərbi qulluqçu xəstəxanaya gətirilib.

Məlumata görə, sözügedən hərbi qulluqçu bu gün səhər İrəvan hərbi hospitalına köçürülüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan baş vermiş hadisəni şərh etməkdən imtina edib.

Qeyd edək ki, dünən, saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.

Həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatı təkzib etmişdi. Faktiki olaraq yayılan məlumatı Ermənistan Müdafiə Nazirliyinin şərh etməməsi erməni diversiya qrupunun sözügedən fəaliyyətini təsdiqləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-hərbi-qulluqçu   Diversiya   Təxribat  

Ermənistan ordusunun diversiya qrupunun bir üzvü yaralanıb - Hovhannisyan şərh etməkdən imtina edir

2019/10/1570022189.jpg
Oxunub: 3226     17:12     02 Oktyabr 2019    

Bizi "telegram"da izləyin